Bakıda Cümə xütbəsində Azərbaycanın Britaniyadakı səfirliyinə edilən hücum pislənilib
Bakının Məşədi Dadaş məscidində keçirilən Cümə xütbəsində Azərbaycanın Britaniyadakı səfirliyinə edilən hücum pislənilib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənlinin vaizliyi ilə keçirilən xütbənin ikinci hissəsi ötən gün Londonda baş verən hadisəyə həsr olunub.
Xətibin sözlərinə görə, Azərbaycanın Britaniyadakı diplomatik nümayəndəliyinə qarşı vandalizm islam dini ilə heç bir əlaqəsi olmayan rəftar və davranışdır:
"Baxmayaraq ki, hücumu təşkil edən məlum qruplaşmanın üzvləri bu hərəkətlərini dini şüarlar altında edirlər. Amma bu, dini hisslərin istismar edilməsidir. O insanların nə dini, nə məzhəbləri var. Onların fəaliyyətinə nəzər yetirəndə görürük ki, onlar fəaliyyətə başladığı ilk gündən dinlərarası, ənənəvi məzhəblərarası qarşıdurma yaratmaq istiqamətində çalışırlar. Çox güman ki, bu işləri xarici xüsusi xidmət orqanlarının sifarişi ilə həyata keçirirlər".
QMİ-nin səlahiyyətli nümayəndəsi hesab edir ki, onlar belə bir həssas dönəmdə - Məhərrəm ayı günlərində Azərbaycanda insanların dini hisslərinə toxunmağı qarşılarına məqsəd qoyurlar:
"Məzhəb və dinlərarası münasibətləri korlamaq və ona zərbə vurmaq üçün bu addımları atırlar. Əminliklə deyirəm ki, bu kimi addımlar əvvəlcədən uğursuzluğa düçar olacaq. Azərbaycanın dini mühitində belə insanların hər hansı bir təsir imkanı yoxdur. Azərbaycanda ümumiyyətlə radikallığın sosial bazası yoxdur. Bəlkə də onlar bu ölkədə fəaliyyətlərini genişləndirə bilmədiklərinə görə öz aləmlərində Azərbaycandan qisas almağa, ölkəmizin imicinə zərbə vurmağa çalışırlar".
Hacı Şahin Həsənli vurğulayıb ki, Azərbaycan səfirliyinə hücum zamanı təhqir olunan bayraq uğrunda minlərlə insan canını fəda edərək şəhidlik zirvəsinə ucalıblar:
"O bayrağın təhqir edilməsi Azərbaycan dövlətinin təhqir edilməsi ilə yanaşı həm də dinimizin, inancımızın təhqir edilməsi deməkdir".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?