Bakıda daha bir məktəbin 3 sinfi distant təhsilə keçdi
Bakı şəhəri 7 saylı tam orta məktəbin 5 ç, 7 d və 10 ç siniflərinin hər birində 1 şagirdin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin siniflərdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.
Azxeber.com xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, oktyabrın 18-də karantin müddəti başa çatdığı üçün gələn həftədən həmin siniflərdə dərslər əyani şəkildə davam edəcək.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]