Bakıda ən ucuz evlər bu ərazidədir
Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb.
azxeber.com xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlama verən əmlak eksperti Ramil Osmanlı bildirib ki, Bakı şəhərində standartlara cavab verməyən və kifayət qədər ucuz təklif olunan evlər var:
"Bu mənada mənzillər üzrə müqayisə aparası olsaq, təbii ki, en ucuz mənzillər şəhər mərkəzindən uzaqda yerləşən ərazilərdədir. Məsələn, Buzovna, Mərdəkan və digər kənar qəsəbələrdəki mənzillər buna misaldır. Hətta Pirallahı rayonunda birotaqlı mənzillərin qiyməti 30–35 min manat arasında dəyişir.
Ancaq Bakıda bəzi ərazilər var ki, mərkəz sayılmasa da, burada birotaqlı evlərin qiyməti həddən artıq yüksəkdir. Məsələn, Yeni Günəşlidə və Sabunçunun bəzi hissələrində birotaqlı mənzillərin qiyməti artıq 100 min manatı ötür. Qiymətlərin belə baha olmasının əsas səbəblərindən biri kiçikölçülü mənzillərə olan tələbatın həddən artıq yüksək olmasıdır".
Ekspert vurğulayıb ki, əvvəlki illərdə olduğu kimi, bu il də azotaqlı mənzillərə tələbat üstünlük təşkil edir və onlar bazarda daha sürətlə satılır.
Xidmetler [newsid: 0-123300]

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı