Bakıda ərəbləri gəzdirən narkotacir oteldə necə yaxalandı

Bakıda ərəbləri gəzdirən narkotacir oteldə necə yaxalandıTaksi fəaliyyəti ilə məşğul olan, daha çox ərəb turistlərinə xidmət edən, onları turistik yerlərə aparıb-gətirən 30 yaşlı Bakı sakini Vaqif Əsgərovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb. Elə ərəblərin qaldığı otellərdən birində saxlanılan Əsgərov narkotik maddələrin satışında təqsirli bilinib.
azxeber.com virtualaz.org-a istinadən bildirir ki, Nizami rayonu ərazisində gizlədilən narkotik vasitəni (metamfetamin) İran vətəndaşı "Rza" adlı şəxsin internet üzərindən ötürdüyü koordinatlar əsasında götürən Vaqif Əsgərov onu  yaşadığı evə gətirərək bükümlərə ayırıb. İki gün sonra - sentyabrın 13-də Nərimanov rayonu ərazisində fəaliyyət göstərən otellərdən birinə gəlib. Polis əməkdaşlarının həmin mehmanxanada keçirdikləri əməliyyat tədbirləri zamanı V.Əsgərov saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 4 bükümdə ümumilikdə 10,839 qram metamfetamin aşkarlanaraq götürülüb.
V.Əsgərova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən Vaqif Əsgərov ifadəsində taksi sürücüsü işlədiyini, əsasən xarici qonaqları otellərə, otellərdən turistik yerlərə aparmaqla, onları qarşılayıb yola salmaqla məşğul olduğunu deyib. İşi ilə əlaqədar çox zaman gecələri oyaq qaldığını bildirib. Köklükdən əziyyət çəkən V.Əsgərov "patı"nın insanı arıqlatdığını və yuxusuzluq gətirdiyini öyrənib. Bu səbəbdən də "patı"dan istifadə etməyə başlayıb. İki il ərzində 135 kiloqramdan 95 kiloqrama düşüb.
V.Əsgərovun ifadəsinə görə, metamfetamini həbs olunmamışdan təxminən 20 gün əvvəl İran vətəndaşı kimi tanıdığı "Rza" adlı şəxsdən alıb.
"Onu sosial şəbəkədən qiyabi tanıyırdım. "Rza" ilə heç vaxt görüşməmişəm, yalnız "WhatsApp web"vasitəsilə əlaqə saxlamışam. "Rza"ya hər dəfə metamfetamin sifariş verdikdən sonra hər qramına 20 manat olmaqla hesabına pul köçürmüşəm. Ərazinin şəklini çəkib atdığı yerlərə gedərək "patı"nı oradan götürmüşəm"- təqsirləndirilən şəxs ifadəsində göstərib.  
V.Əsgərov həbs olunmamışdan bir gün əvvəl "Rza"ya "WhatsApp"la zəng vurub 15 qram "patı" sifariş edib və onun hesabına əvvəlcə 200, sonrasa 100 manat köçürəcəyini deyib.
Sentyabrın 11-də Vaqif iranlının dediyi ünvana - "Sapfir" şadlıq sarayının yaxınlığına gəlib. Həmin ərazidə "Rza"nın ona koordinatlarını izah etdiyi yerdən "patı"nı götürüb. Zəng vurub "əmanət"i götürməsi ilə bağlı iranlını xəbərdarlıq edib: "Metamfetamini hissələrə böldüm. İki gün ərzində beş qramını özüm istifadə etdim. Yerdə qalan dörd bükümü şalvarımın cibində gizlətdim".
V.Əsgərovun ifadəsinə görə, gecə saatlarında müştəri gözlədiyindən ailə üzvləri narahat olmasınlar deyə gecələmək üçün otelə  gedib: "Ərəb turistlərinin qaldıqları otellərdə demək olar ki, hamı məni tanıyırdı, hörmətimi saxlayırdı. Özümə bir otaq götürdüm, "patı"dan istifadə etdim. Müştəri mənimlə əlaqə saxlamadığından yatıb qaldım. Səhər saatlarında mülki geyimli üç nəfər şəxs otel otağına daxil oldular, özlərini təqdim etdilər, onlarla birgə Nərimanov Rayon Polis İdarəsinə getməyimi tələb etdilər. "Rza"dan aldığım "patı"nın bir hissəsi cibimdə idi. Başqa çıxış yolum olmadığını anladım və onlarla birgə polis idarəsinə getdim. Baxış zamanı cibimdəki bükümləri "Rza"dan aldığımı, narkotiki əldə etmə üsulunu polislərə söylədim".
Təqsirləndirilən şəxs ifadəsində "patı" və "şüşə" qəbul etdiyini, əməlindən peşman olduğunu, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını deyib.
Məhkəmənin hökmü ilə Vaqif Əsgərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sosial       Tarix: 13 fevral 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal bugun kriminal xeber son xəbərlər bugün 2026 kriminal