Bakıda ərini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu
Bakıda doğum günündə ərini öldürməkdə təqsirləndirilən Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
azxeber.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, təqsirləndirilən Nərgiz Quliyevanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini təkli edib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Nərgiz Quliyevanın ittiham olunduğu CM-nin 120.1-ci maddəsi həmin məcəllənin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə töfsiv edilib və ona qəti olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum cəzası təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin avqust ayında paytaxtın Xəzər rayonunun Türkan qəsəbəsində baş verib. Məlumata görə, 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiq Quliyevi bıçaqlayaraq qətlə yetirib. İlkin məlumatlara səbəb münaqişəyə səbəb zərərçəkən şəxsin ad günündə ailəsi ilə birgə spirtli içki içməsi və yoldaşının ona bu səbəbə görə irad bildirməsi olub. N.Quliyeva polis tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Xəzər rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb və Nərgir Quliyevaya Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
Turlar.az [newsid: 0-123300]

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı