Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər
Son illərdə Bakıda mənzil almaq istəyən şəxslər üçün əraziseçimi əsas məsələlərdən birinə çevrilib.
Alıcılar mənzil seçərkən yalnız onun hazırkı qiymətini vəyaşayış şəraitini deyil, həm də yerləşdiyi ərazinin gələcək inkişaf perspektivlərininəzərə alırlar.
Xüsusilə yeni yolların, nəqliyyat infrastrukturlarının,yaşayış və ictimai obyektlərin yaradılması, həmçinin yenidənqurma və abadlıqlayihələri müəyyən ərazilərin gələcəkdə daha cəlbedici olmasına təsir göstərəbilər.
Mövzu ilə bağlı azxeber.com-a danışan Azərbaycan QiymətləndiricilərCəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildiribki, mənzil almaq istəyən şəxslər əsasən iki məqsədlə hərəkət edirlər:
"Mənzil almaq istəyən şəxslər əsasən iki məqsədlə hərəkətedirlər. Birincisi, təbii ki, yaşamaq, ikincisi isə investisiya məqsədidir. Yənigələcəkdə mənzilin dəyərinin daha çox artması və ya onu daha yüksək qiymətəkirayə vermək imkanının olması nəzərdə tutulur. Bu baxımdan Bakı şəhərinin BaşPlanı çərçivəsində həyata keçirilən söküntü, abadlıq və yenidənqurma işlərininhansı ərazilərdə aparılmasına diqqət yetirmək məqsədəuyğundur. Nərimanov,Yasamal, Nəsimi, Xətai və Nizami rayonlarının metroya yaxın əraziləri buistiqamətdə diqqət çəkir".
Ekspert qeyd edib ki, bu ərazilərdə kiçik ölçülü mənzillər gələcəkinvestisiya baxımından maraqlı ola bilər:
"Təbii ki, bu ərazilərdə kiçik ölçülü mənzillərin əldə edilməsigələcək inkişaf, potensial yenidənqurma işləri və infrastrukturun müasirstandartlara uyğunlaşdırılması baxımından daha əlverişli ola bilər. Dövlətinvestisiyalarının həmin ərazilərdə daha yüksək səviyyədə həyata keçirilməsi dəbu baxımdan əhəmiyyətlidir".
Vüqar Oruc bildirib ki, inkişaf etməkdə olan rayonların müəyyənhissələri də mənzil almaq istəyən şəxslərin diqqətində ola bilər:
"Eyni zamanda, mənzil axtaran şəxslər inkişaf etməkdə olanrayonlara da üstünlük verə bilərlər. Məsələn, Sabunçu, Suraxanı və Binəqədirayonlarının müəyyən hissələrində nisbətən daha əlçatan qiymətlərə mənzillərtapmaq mümkündür. Xəzər və Qaradağ rayonları isə şəhər mərkəzindən daha uzaqdayerləşdiyinə görə tələbat baxımından müəyyən məhdudiyyətlərə malikdir. Bununlabelə, həmin ərazilərdə qiymətlərin nisbətən əlverişli olması və gələcək inkişafperspektivi baxımından bəzi ərazilər investisiya üçün prioritet hesab oluna bilər".
Ekspert vurğulayıb ki, mənzil seçimində nəqliyyat və sosialinfrastruktur da əsas meyarlardan biridir:
"Mənzil seçimində əsas amillərdən biri onun metroya, əsasyollara, klinikalara, parklara, bağçalara, məktəblərə, ictimai obyektlərə,yaşayış və istirahət məkanlarına yaxınlığıdır. Bu amillər mənzilin komfort səviyyəsinivə gələcəkdə ona olan tələbatı müəyyənləşdirən əsas göstəricilərdir. Əgər mənzilinvestisiya məqsədilə alınırsa, şəhərin gələcək nəqliyyat strukturu, həmçinintikinti və abadlıq layihələri də nəzərə alınmalıdır. Çünki yeni layihələr son nəticədəmənzilin yerləşdiyi binanın və ərazinin dəyərinə əhəmiyyətli təsir göstərə bilər".
Vüqar Oruc şəhərin mərkəzi hissəsində həyata keçirilən layihələrində mənzil bazarına təsir edə biləcəyini deyib:
"Bu istiqamətdə hansı ərazilərin nəzərdə tutulduğuna gəlincə,Mərkəzi Parkın ətrafında, Təzə Pir məscidi və Zəfər kompleksi ətrafında şəhərsalmavə abadlıq işləri planlaşdırılır və artıq müəyyən layihələrə start verilib.Eyni zamanda, Qış Parkının yenilənməsi və yeni ictimai məkanların yaradılmasıda nəzərdə tutulur. Şəhərin mərkəzi hissəsində həyata keçirilən bu layihələr gələcəkinvestisiya baxımından xüsusi əhəmiyyət daşıyır".
Ekspert yeni metro stansiyalarının formalaşacağı ərazilərində gələcəkdə diqqət çəkə biləcəyini bildirib:
"Eyni zamanda, Baş Plan çərçivəsində 2040-cı ilədək metro xətlərininuzunluğunun 36 kilometrdən 73 kilometrə, stansiyaların sayının isə 25-dən 46-yaçatdırılması nəzərdə tutulur. Buna görə də yeni metro stansiyalarınınformalaşacağı ərazilər gələcəkdə investisiya baxımından diqqətçəkən zonalarhesab edilə bilər. Bundan başqa, Ziya Bünyadov prospekti ilə digər əsasmagistral yolların kəsişməsində böyük layihələrin həyata keçirilməsi nəzərdətutulur. Həmin ərazidə də mənzil almaq gələcək perspektiv baxımından müəyyənüstünlüklər yarada bilər".
Fəridə Əsədzadə

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz