Bakıda həmkarlarını təhqir edən müəllimə ŞİDDƏTLİ TÖHMƏT verildi

Bakıda həmkarlarını təhqir edən müəllimə ŞİDDƏTLİ TÖHMƏT verildi216 nömrəli tam orta ümumtəhsil məktəbin ingilis dili müəlliminə şiddətli töhmət verilib.
KONKRET.azoxu.az-a istinadən xəbər verir ki, sözügedən məktəblə bağlı yayılan görüntülərlə əlaqədar təhsil müəssisəsindən bildirilib ki, ingilis dili müəlliminin (müvafiq səbəbdən adı qeyd olunmur) davranışları ilə bağlı bir qrup valideyn və müəllimlər tərəfindən dəfələrlə rəhbərliyə şikayət olunub.
Məlumatda qeyd olunub ki, nəticədə ingilis dili müəlliminə "Təhsilverənlərin etik davranış Qaydaları"nı pozduğuna, vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib:
"Noyabrın 4-də məktəbin direktor əvəzi, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı, məktəb Həmkarlar Komitəsinin sədri ingilis dili müəllimi ilə söhbət aparıb. Söhbət zamanı müəllim məktəbin kollektiv üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib, müəllimlərin nüfuzuna xələl gətirəcək fikirlər səsləndirib, "Təhsilverənlərin etik davranış Qaydaları"na uyğun olmayan hərəkətlər sərgiləyib. Otaqda nalayiq hərəkətlər etməsinə baxmayaraq, məktəb rəhbərliyi onun ifrat emosional vəziyyətini və halının pisləşdiyini nəzərə alaraq təcili tibbi yardım çağırıb".
Məlumatda vurğulanıb ki, həmin gün müəllimlər otağında məktəb rəhbərliyi tərəfindən bir neçə müəllimin iştirakı ilə söhbət aparılıb:
"Bu zaman ingilis dili müəllimi yenidən yüksək səslə müəllim adına uyğun olmayan fikirlər səsləndirib, emosional davranışlar nümayiş etdirib.
Qeyd olunan müəllimin şagirdlərin qarşısında da davam etdirilən uyğunsuz davranışları tədris prosesinin pozulmasına, müəllim nüfuzuna, məktəb mühitinə və uşaq hüquqlarına zidd hesab olunur.
İngilis dili müəlliminin davamlı xarakter almış bu kimi davranışları ilə bağlı pedaqoji kollektivin üzvləri aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edəcəklər".

Hadisə       Tarix: 08 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Bakıda məktəb mühafizəçisinə hücum edildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasınd

Türkiyədə mikroavtobus aşıb, 20-dən çox insan xəsarət alıb

Türkiyənin Afyonkarahisar vilayətində işçiləri daşıyan mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb. "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD), təcili tibb

Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlu

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı rayonun Heydər Əliyev prospektində olub. Belə ki, "Kia" markalı avtomobil ilə "VAZ-2106" markalı avtomobil toqquşub. Hadis

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler sou xeberler bugun qarabag cəbhədən son xəbərlər 2026