Bakıda "Həyat naminə" reabilitasiya mərkəzi açılacaq - FOTO

Bakıda "Həyat naminə" reabilitasiya mərkəzi açılacaq - FOTOBakıda "Həyat naminə" reabilitasiya mərkəzi açılacaq - FOTO
Bakıda "Həyat naminə" reabilitasiya mərkəzi fəaliyyət göstərəcək.
Oxu.Az xəbər verir ki, sözügedən mərkəzdə dövrümüzün bəlasına çevrilmiş narkomaniyadan psixoloji, həm də fiziki baxımından əziyyət çəkən insanlar müalicə alacaqlar.
Mərkəz Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Xalq artisti Emin Ağalarov və Rusiya Milli Antinarkotik İttifaqının (NAS) rəhbəri Nikita Luşnikovun təşəbbüsü ilə açılacaq.
Bu məqsədlə keçirilən mətbuat konfransında Milli Narkomaniya Əleyhinə Birliyin sədri Nikita Luşnikov layihə haqda danışaraq bunları deyib: 
"Artıq uzun illərdir bu bəladan əziyyət çəkən insanlarla çalışıram. Məmnunam ki, Azərbaycanda da təcrübəmdən faydalanacaqlar. Buna görə, Eminə və Leyla xanıma təşəkkürümü bildirirəm. İnanın ki, 15 illik təcrübəmdə narkotik asılılığı olanlara bu qədər həssas və qayğı ilə yanaşan insanlar görməmişdim. Emin üçün heç bir sərhəd, çətinlik yoxdur. Leyla xanım da daim köməyə ehtiyacı olanlara dəstək olur, əlindən gələni əsirgəmir".
Xalq artisti Emin Ağalarov mərkəzin fəaliyyətində üzərinə düşən hər bir vəzifəni yerinə yetirəcəyini qeyd edib: 
"Nikitayla bir neçə ildir tanışıq. O, həyatını bu bəladan əziyyət çəkənləri xilas etməyə həsr edir. Narkomaniyadan əziyyət çəkən insanlarla ünsiyyət qurandan sonra konkret bir qərar verdim. Onların həyatını dəyişmək üçün əlimdən nə gəlirsə, edəcəm.
Onlar həyatlarını dəyişib iş adamı, rəhbər şəxs, vəzifə sahibi ola bilərlər. Niyə də yox?!  Həyatın dibindən çıxıb, doğru yola yönələ bilərlər. Artıq reabilitasiya mərkəzinin təmir işləri başlanılıb və güman edirəm ki, tezliklə fəaliyyətə başlayacaq. Sağ olsun Leyla xanım, dostlarım, yaxınlarım, onlar bu işdə bizə dəstək olurlar. Düşünürəm ki, bu məsələdə üzərimə düşən işin öhdəsindən gələ biləcəyəm".
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva isə öz çıxışında bu gözəl təşəbbüs üçün Emin Ağalarov və Nikita Luşnikova təşəkkür edib: 
"Əminəm ki, hər şey uğurlu olacaq və bu, sadəcə başlanğıçdır. İnsanlar bu bəlaya düçar olanlardan qorxmamalıdır. Əksinə, onlara yardımçı olmağa çalışmalıdırlar. Təssüf ki, bu cür insanlar özləri-özlərini cəzalandırırlar. Biz əl-ələ verib, onları həyata bağlayacağıq".
Mətbuat konfransında həmçinin azyaşlılar üçün hazırlanan nağıl kitabları da təqdim olunub. Sözügedən nəşrlərdə orta məktəblərdə, bağçalarda balacalara birlik, saflıq, hörmət, dostluq hissləri aşılanılır. Tədbirdəki digər çıxışçılar bildirdilər ki, bu cür nəşrləri azyaşlılıar üçün həm də "kitab terapiyası" da adlandırmaq olar.
Qeyd edək ki, reabilitasiya mərkəzinin açılışı may ayında baş tutacaq. Sözügedən mərkəzdə dövrümüzün bəlasına çevrilmiş narkomaniyadan psixoloji, həm də fiziki baxımından əziyyət çəkən insanlar müalicə alacaqlar. Mərkəz Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Xalq artisti Emin Ağalarov və Rusiya Milli Antinarkotik İttifaqının (NAS) rəhbəri Nikita Luşnikovun təşəbbüsü ilə açılacaq.
Qeyd edək ki, reabilitasiya mərkəzinin açılışı may ayında baş tutacaq.
Bakıda "Həyat naminə" reabilitasiya mərkəzi açılacaq - FOTOBakıda "Həyat naminə" reabilitasiya mərkəzi açılacaq - FOTOBakıda "Həyat naminə" reabilitasiya mərkəzi açılacaq - FOTOBakıda "Həyat naminə" reabilitasiya mərkəzi açılacaq - FOTOBakıda "Həyat naminə" reabilitasiya mərkəzi açılacaq - FOTOBakıda "Həyat naminə" reabilitasiya mərkəzi açılacaq - FOTOBakıda "Həyat naminə" reabilitasiya mərkəzi açılacaq - FOTORəşad Əliyev
FOTO: Ramil Zeynalov

Siyasi       Tarix: 20 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor


azerbaycan xeberleri son xeberler yeni xeberler cebheden xeber son xeberler bu gun xəbər.az son xabarlar