Bakıda karantin qaydalarını pozan ictimai iaşə müəssisələri ilə tədbirlər görüldü - FOTO
Bakıda karantin qaydalarını pozan ictimai iaşə müəssisələri ilə tədbirlər görüldü - FOTO
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, daxil olan məlumat əsasında AQTA əməkdaşları tərəfindən 6 fevral 2021-ci il tarixində Səbail rayonu, T.Əliyarbəyov 4A ünvanında fiziki şəxs Şirinov Rüfət Ramizoviçə məxsus "Kefli" və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində Əkbərova Gülmirə Əfsər qızı məxsus "Çayka" adlı ictimai iaşə müəssisələrində reydlər həyata keçirilib.
Reydlər zamanı sahibkarlıq subyektlərində karantin qaydalarının kobud şəkildə pozulduğu, məsul şəxslərin təyin olunmadığı, sosial məsafə və masalararası məsafənin gözlənmədiyi, müştəri qəbulu ilə bağlı adambaşına müəyyən edilən sıxlıq normalarına uyğun olmadan müştəri qəbul edildiyi və müştərilərin, eləcə də obyektdə çalışan işçilərin maskadan istifadə etmədiyi məlum olub.
Aşkar edilən faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati tədbirlər həyata keçirilib.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ