Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU

Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDUBakıda əcnəbi müştərilərlə kobud danışan taksi sürücüsü həbs olunub.
KONKRET.az bildirir ki, lent.az-ın əldə etdiyi xəbərə görə, taksi sürücüsü işləyən 62 yaşlı Elşən Bağırov (şərti adla) müştərisi olan əcnəbi ər-arvada qeyri-etik davranış göstərib.
Zərərçəkənlərin şikayəti əsasında Elşən Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq protokol tərtib olunub.
Məlumata görə, Bakıya turist kimi gələn Asad Arif taksi sürücüsü tərəfindən qarşılaşdığı kobudluqla bağlı DİN, Turizm Agentliyi, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə şikayət edib. O, şikayətində bildirib ki, başlanğıcda sürücü onlara həddindən artıq yüksək hesab etdikləri bir qiymət "oxu"yub, buna baxmayaraq, onlar yenə də yola davam ediblər. Maşına mindikdən sonra sürücüdən kondisioneri yandırmağı istəsələr də, sürücü onlardan əlavə pul almayana qədər kondisioneri yandırmayacağını deyib. Onlar razılaşmayanda isə yola kondisionersiz davam etməyə məcbur olublar. Şikayətçinin sözlərinə görə, bu, onların səfərini xüsusilə narahat edib, çünki "Mercedes Viano" modelində sərnişinlərin havalandırma üçün aça biləcəyi pəncərələr olmayıb.
Əcnəbi vətəndaş bildirir ki, buna baxmayaraq, kondisioner pulu barədə mübahisə etməyib və yollarına belə davam etməyə hazır olduqlarını bildiriblər. Daha sonra sürücüdən düçəcəkləri yeri dəyişməsini xahiş edib, sürücü təyinat yerini dəyişmək üçün yenidən əlavə pul istəyib. Bu məqamda sürücünün ardıcıl pul tələbləri və onlara qarşı davranışı səbəbindən həyat yoldaşı ilə o, artıq Elşənlə yola davam etmək istəmədiklərini bildiriblər. Ər-arvad sürücüyə açıq şəkildə bildiriblər ki, səfəri davam etdirmək istəmirlər və Elşəndən elə həmin yerdə düşürməsini xahiş ediblər. Sürücü onların düşməyinə icazə vermək əvəzinə, maşını kilidləyib və həyat yoldaşı ilə onun çölə çıxmaqlarına imkan verməyib.
Asad Arifin sözlərinə görə, bu, artıq sadəcə taksi gediş haqqı ilə bağlı fikir ayrılığı deyildi. Onlar xarici bir ölkədə bu durumda özlərini təhlükədə və tələyə düşmüş kimi hiss ediblər. Nəticədə çölə çıxmaq üçün maşının qapısını özləri güclə açmalı olublar. Onlar maşından düşməyi bacardıqdan sonra sürücü onlara qarşı söyüş söyməyə və kobudluq göstərməyə başlayıb.
Elşən Bağırov isə ifadəsində heç bir günahı olmadığını bildirib. Onun sözlərinə görə, əcnəbi ər-arvada gedəcəkləri ünvan üçün 10 manat ödəniş təklif edib. Əvvəlcə razı olmasalar da, sonra onun idarə etdiyi "Mercedes Viano" markalı avtomobilinə miniblər. O bildirib ki, sərnişinlər ondan kondisioner qoşmasını istəsələr də, cihaz xarab olduğu üçün qoşmayıb. Hakimin "bəs nə üçün onlar səndən şikayət edib?" sualına isə Elşən "onların şikayəti əsassızdır" deyə cavab verib. Həmçinin Elşən əcnəbilərlə 2-3 dəqiqə səfərdə olduqlarını, onlar düşəndə isə "nə yaxşı ki, belə adamlardan uzaq olduğunu" deyib. Hakimin "2-3 dəqiqəyə nə bildin ki, yaxşı adam deyillər?" sualına isə Elşən "onların üzünə baxanda necə insan olduqlarını başa düşmüşdüm" deyə cavab verib.
Son sözündə E. Bağırov heç bir xəta törətmədiyini və bu yaşadək ilk dəfədir ki, belə hadisə yaşadığını deyərək, işə xitam verilməsini istəyib.
Məhkəmənin hökmü ilə E. Bağırov 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Hadisə       Tarix: 26 sentyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Lənkəranda evdən 75 min manat pul oğurlandı - Saxlanılanlar var

Lənkəranda evlərin birindən küllü miqdarda pul oğurlayanıb. KONKRET.azxəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran rayonu ərazisində yerləşən evlərdən birindən 500 manat və içərisində 75 0

Qazaxda ağır qəza: xəsarət alanlar var  

Qaxda minik avtomobilləri toqquşub, biri ağır olmaqla 4 nəfər xəsarət alıb. APA-ya istinadən xəbər verir ki, hadisə səhər saat 06:30-da Qax-Qorağan avtomobil yolunda baş verib. İlkin məlumata görə, hərəkətdə olan iki mini

Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı

Goranboyda çay evində bıçaqlanma olub. KONKRET.azxəbər verir ki, hadisə Sarov kəndində yerləşən "Komfort" çay evində qeydə alınıb. İttiham aktına görə, 23 yaşlı Şükür İsayev (şərti adla) obyektdə tanışı və bir xanıml

Ağdamda toyda dava: Xəsarət alan var

Ağdam rayonunda toyda dava düşüb. -ınməlumatına görə, hadisə rayonun Evoğlu kəndində baş verib. Rayonun Əfətli kənd sakini Tamerlan Əliyev (soyadı şərtidir) Evoğlu kəndinə bacısı qızının toy məclisinə gedib. Axşam saatlarınd

Bakıda restoranda meyit tapıldı

Bakıda restoranda 64 yaşlı kişinin meyiti tapılıb. APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün paytaxtın Nizami rayonunda baş verib. Məlumata görə, 1962-ci il təvəllüdlü Bəxtiyar Məmmədovun üzərində zorakılıq əlamətlər

Astarada ağır qəza: ölən və xəsarət alanlar var 

Astara rayonunun Təxtənəkəran kəndində baş verən avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb. Report-a istinadla xəbər verir ki, Samid Həmidovun idarə etdiyi "Ford Transit" markalı yük avtomobili, qarşıda

Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü

Kəngərli rayonunda bir ailənin üzvləri qəzaya düşüb, körpə ölüb. apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Xok kəndi ərazisində baş verib. Belə ki, 77-KS-302 dövlət nömrə nişanlı "KİA" markalı avtomobili

Anbardan 51 min manatlıq kombi aparatları oğurlandı - 4 nəfər saxlanıldı

Paytaxtın Nizami rayonunda şirkətlərə məxsus anbarların birindən kombi aparatları oğurlanıb. xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkd

Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU

Bakıda əcnəbi müştərilərlə kobud danışan taksi sürücüsü həbs olunub. bildirir ki, -ın əldə etdiyi xəbərə görə, taksi sürücüsü işləyən 62 yaşlı Elşən Bağırov (şərti adla) müştərisi olan əcnəbi ər-arvada qeyri-etik davranı


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son durum oxu.az xeberler kriminal bugun en son xeber