Bakıda koronavirus həyəcanı: Apteklər bu məhsuldan adama bir dənə satır

Bakıda koronavirus həyəcanı: Apteklər bu məhsuldan adama bir dənə satırAzərbaycanın Nazirlər Kabineti yeni koronavirus (2019-nCoV) xəstəliyinin dünyada geniş yayılması ilə əlaqədar "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında" qərar verib.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, qərarda ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılmasının məhdudlaşdırılması öz əksini tapıb.
Mövcud qərar ölkədə bəzi tibbi ləvazimat və preparatlarla bağlı qıtlığın yaranmamasına xidmət etsə də, vətəndaşlar arasında müəyyən narazılıqlar yaradıb. Belə ki, paytaxt sakinləri üz tutduqları apteklərdə tibbi maskaları almaq istəyərkən birdən artıq ala bilməyiblər. Dəyəri 0,10 AZN olan tibbi maskalar bəzi apteklərdə vətəndaşlara tək-tək satılıb. Bir neçə maska almaq istəyən şəxslərin istəyi isə ürəyində qalıb.
Yaranmış vəziyyətdə apteklərin tətbiq etdiyi bu məhdudlaşdırmanın nə qədər doğru olub-olmamasını aydınlaşdırmaq üçün tibbi ekspertə müraciət etdik. Tibb elmləri doktoru Adil Qeybulla sözügedən sayta bildirib ki, müəyyən tibbi ləvazimatların defisit halına düşməsi və onun ölkədən çıxarılmasına məhdudiyyət qoyulması təbii haldır: "Əslində apteklər müstəqildir. Apteklər Səhiyyə Nazirliyinin müəyyən etdiyi qanunvericilik əsasında fəaliyyət göstərməlidirlər.
Əgər həmin əsasnamədən kənara çıxılırsa, təbii qaydalar pozulur. O ki qaldı müəyyən tibbi ləvazimatların defisit halına düşməsi, onun ölkədən çıxarılmasına məhdudiyyət qoyulmasına, bu, təbii haldır. Hökumətin bu məsələlərdə məcburi addımlar atmaq ixtiyarı var. Belə hallarda Ümumdünya Səhiyyə Təşkilatı məsələlərə qoşulur və karantin tədbirləri görür. Əslində hər hansı epidemiyaya meyilli infeksiya lokallaşmayıbsa, karantin tədbirlərinin aradan qaldırılmasından danışmaq olmaz. Bu cür məhdudiyyətlərin tətbiq edilməsi tədbirlərin tərkib hissəsi hesab edilə bilər".
Tibbi ekspert hesab edir ki, bu məsələnin tənzimlənməsində hər hansı problemlər ola bilər: "Mümkündür ki, apteklər bəzi qaydaları pozsun, amma dövlətin müvafiq strukturlarının bu məsələlərə müdaxiləsi və ya məhdudlaşdırmalar tətbiq etməsi karantin tədbirlərinin tərkibn hissəsidir. Dünyanın əksər ölkələrində icbari tibbi sığorta paketində apteklərdə sərbəst satış üçün ayrılan istər dərmanlar, istərsə də digər tibbi ləvazimatların konkret uçota düşən reysteri var.
Təəssüflər olsun ki, Azərbaycanda hələ də dərman vasitələrinin dövlət reysteri və formaskapeyası yoxdur. Ona görə, bu tənzimləmədən danışmaq tezdir. O ki, qaldı apteklərə, konkret olaraq məhdudiyyət qoyulan tibbi vasitələrin əmtəə şəklində və iri miqdarda satılmasına müəyyən məhdudiyyətlər qoyula bilər. Karantin dövründə apteklər özləri də dövlət müvafiq strukturlarının qərarlarına tabe olurlar".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 17 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xəbər valyuta mezennesi valyuta mezennesi 2026 sou xeberler bugun