Bakıda küçələrdə gecələyən qadınla bağlı ŞOK FAKT: 3 övladı varmış, amma

Bakıda küçələrdə gecələyən qadınla bağlı ŞOK FAKT: 3 övladı varmış, ammaBir neçə gün əvvəl Bakının Yasamal rayonunda küçədə yaşamağa məcbur qalan yaşlı qadının görüntüləri sosial şəbəkələrdə geniş rezonans doğurmuşdu. Günlərdir küçədə gecələyən, çıxılmaz vəziyyətdə qalan qadının görüntüləri cəmiyyətdə ciddi narahatlıq yaratmış, vətəndaşlar onun taleyinə biganə qalmayaraq aidiyyəti qurumların məsələyə müdaxilə etməsini tələb etmişdilər.
Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra aidiyyəti qurumlar hərəkətə keçib və yaşlı qadın "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.
Lakin məsələ bununla bitməyib. Qadının sığınacağa yerləşdirilməsindən sonra aparılan araşdırma zamanı onunla bağlı diqqətçəkən məqam üzə çıxıb.
Məlum olub ki, küçədə köməksiz vəziyyətdə yaşayan yaşlı qadının əslində üç övladı var.
KONKRET.az xəbər verir ki, qadın ilkin olaraq övladlarının olmadığını desə də, sonradan söhbət zamanı həqiqəti açıqlayıb. O, göz yaşları içində üç övladının olduğunu təsdiqləyib.
Hazırda qadının övladları ilə əlaqə yaradılması istiqamətində iş aparıldığı və bu məqsədlə müəyyən danışıqların keçirildiyi bildirilir. Bir yaşlı qadının üç övladı olduğu halda, çarəsiz şəkildə günlərlə Bakının küçələrində gecələməsi isə cəmiyyətdə ciddi suallar doğurub.musavat.com

Hadisə       Tarix: 08 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Tanınmış iş adamı VƏFAT ETDİ 

Naftalan şəhərində fəaliyyət göstərən tanınmış iş adamı, "Naftalan" Sanatoriya-Kurort Birliyinin direktoru Hatəm Qocayev vəfat edib. KONKRET.azxəbər verir ki, bu barədə Ölkə.az-a onun yaxınları məlumat verib. H.Qocaye

Astarada ağır qəza: ölən və xəsarət alanlar var 

Astara rayonunun Təxtənəkəran kəndində baş verən avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb. Report-a istinadla xəbər verir ki, Samid Həmidovun idarə etdiyi "Ford Transit" markalı yük avtomobili, qarşıda

Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya

Paris məhkəməsi 45 yaşlı amerikalı televiziya ulduzu və sahibkar Kim Kardaşyana 2016-cı ildə baş vermiş silahlı soyğun üçün simvolik olaraq 1 avro məbləğində kompensasiya təyin edib. xəbər verir ki, həmin soyğun zamanı cinayətkarla

Bakıda "Mercedes" piyadanı vuraraq öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Belə ki, Elnur Bəhramzadə idarə etdiyi "Mercedes E-Class" markalı avtomobill

Qubada yol qəzasında 5 nəfər xəsarət aldı

Bakı-Quba yolunun Quba rayonunun Mirzəqışlaq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəli

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 daha nəfər xəsarət alıb. xəbər verir ki, Qarabağ bürosunun xəbərinə görə, hadisə Alpout kəndində qeydə alınıb. "VAZ-2109" və "Saipa" markalı avtomobilləri

Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü

Bərdədə 2 yaşlı uşaq hovuzda boğularaq ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Bərdə şəhəri M.P. Vaqif küçəsində baş verib. Belə ki, 2024-cü il təvəllüdlü Ə. M (Ad şərtidir) valideynlərinin nəzarətindən yayınaraq həyət

Qədiməli Əhməd vəfat etdi – FOTO

Yazıçı-publisist, şair Qədiməli Əhməd vəfat edib. xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb. Qədiməli Mahmud oğlu Ağayev 1957-ci ildə Lerik rayonunun Şivlə kəndində anadan olub. Bədii, elmi v

Türkiyədə hərbi maşın aşdı: ölən və yaralananlar var

Türkiyənin İğdır vilayətində hərbi maşının aşması nəticəsində bir hərbçi ölüb, iki nəfər yaralanıb. KONKRET.azxəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, hadisə yerinə təcili tibbi yardı


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xeberler kriminal xeberler cəbhədən görüntülər valyuta mezennesi banklar