Bakıda lüks avtomobilini yol polisinin üstünə sürən şəxs cəzalandırıldı - VİDEO
Bakıda qaydaları kobud şəkildə pozan sürücülərin videosu ərazidəki təhlükəsiz şəhər kamerasına düşüb.
azxeber.com "avtosfer.az"a istinadən xəbər verir ki, 90-TG-550 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü martın 8-də paytaxtın Neftçilər prospektində (Bakı İdman Sarayının qarşısında) əks istiqamətə çıxaraq nəqliyyat vasitəsini qarşıdan gələn maşınların üzərinə sürüb.
Ərazidə xidmətdə olan yol polisi əməkdaşı avtomobilin qarşısını kəsərkən, sürücü və sərnişin onunla mübahisə etməyə başlayıb. Qarşıda əyləşən xanım sərnişinin qərəzli hərəkətləri kamera görüntülərində aydın şəkildə əks olunub.
Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Mübariz Ağayev bildirib ki, yayılmış görüntüyə baxış keçirilib:
"Bildirmək istəyirəm ki, martın 8-də paytaxtın Neftçilər prospektində yol hərəkəti qaydasını pozan 90-TG-550 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü törətdiyi xətaya uyğun olaraq inzibati qaydada məsuliyyətə cəlb edilib".
Həmin görüntüləri təqdim edirik:

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var