Bakıda qadınlar arasında münasibət şantaj obyekti oldu: İntim videolarla hədələndi

Bakıda qadınlar arasında münasibət şantaj obyekti oldu: İntim videolarla hədələndiBakıda qabaqcadan əlbir olaraq hədə-qorxu ilə pul tələb edən şəxslərə hökm oxunub.
Oxu.Az istintaq materiallarına əsasən, həmin cinayət hadisəsinin motivlərini təqdim edir.
Qeyd edək ki, mətndə adıçəkilən şəxslərin hamısının adları şərtidir.
Elnarə ilə Lalə 2017-ci ildə tanış olduqdan sonra onlar arasında dostluq münasibətləri yaranır.
Elnarə 2020-ci ilin avqust ayında yaşadığı evi təmir etdirərkən Laləni də köməyə çağırır. Hədə-qorxu ilə pul tələb etməyin də kökü məhz bu günə gedib çıxır.
Belə ki, Elnarə cinsi azlığın nümayəndəsi olduğundan Laləyə bir-birilərinə qarşı seksual xarakterli hərəkətlər etməyi təklif edir. Lalə öz xoşu ilə bununla razılaşır və onlar eynicinslilər intim münasibətini yaşayırlar.
"Elnarə mənə soyunmağı və onunla seksual münasibətdə olmağı təklif etdi", - Lalə ifadəsində bunu deyir.
Elnarə də öz ifadələrində bu halı təsdiq edib.
Bəs onlar arasındakı münasibətləri soyudan nə olub?
Elnarə bu hadisədən sonra Lalədən tez-tez pul istəyir. Lalə də səxavət nümayiş etdirərək Elnarəyə maddi yardımlarını əsirgəmir.
Elnarənin bacısı Aydan isə bu vəziyyətdən duyuq düşür. O, ifadəsində qeyd edir ki, bacısının cinsi azlıq kimi həyat tərzi sürdüyündən xəbərdar olduğundan Laləni ondan uzaqlaşdırmaq istəyib.
Bu məqsədlə Aydan Lalə ilə danışır, ondan pul tələb edir, həmin məbləği almayacağı təqdirdə bacısı ilə intim videosunu onun ailəsinə göndərəcəyi ilə hədələyir.
Sonradan Aydanın bu işinə onun tanışı Nilufər də dəstək verir, onlar əlbir olaraq Lalədən müxtəlif vaxtlarda pul alırlar.
Ümumilikdə hədə-qorxu ilə Lalədən 6000 manat pul almağa nail olurlar.
Elnarə ifadəsində qeyd edir ki, bacısı və onların tanışı Nilufərin Laləni hədələyərək pul almasından xəbərsiz olub.
Elnarə Lalə ilə yaxın münasibət yaşayarkən ona intim videolarının bacısı tərəfindən qeydə alındığını deməsini də istisna etmir.
Elnarənin sözlərinə görə, o, içki içərkən özündə olmur və mümkündür ki, Laləyə bacısı ilə bağlı nəsə desin.
Ancaq istintaqla, o cümlədən səsli mesajların araşdırılması zamanı müəyyən edilib ki, Elnarə, Aydan və Nilufər qabaqcadan əlbir olaraq hədə-qorxu ilə pul tələb ediblər (səsli mesajların mətnini yazmağa lüzum görmürük).
Təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsə vurduqları maddi ziyanı geri ödəyiblər (6000 manat).
İstintaq zamanı tərəflər arasında barışıq əldə olunub, Lalə onlara qarşı şikayət və tələblə çıxış etməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxslərin ilk dəfə cinayət törətmələrini, ictimai təhlükəlilik dərəcələrini, onların bu işdən peşmanlığını nəzərə alıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə hökm oxunub.
Elnarə barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Ancaq məhkəmə onun azyaşlı övladının olmasını nəzərə alaraq, həmin azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin təxirə salınmasını hökm edib.
Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.
Məhkəmə Elnarənin bacısı Aydana da eyni müddətə azadlıqdan məhrumetmə cəzası kəsib. Onun barəsində bir il sınaq müddəti tətbiq edilib.
Nilufərə gəlincə, ona da 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Ancaq onun azyaşlı övladının olması nəzərə alınıb. Buna görə də, məhkəmə hökm edib ki, Nilufərin cəzasının çəkilməsi onun övladı on dörd yaşına çatanadək təxirə salınsın.
Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək iclas zalından azadlığa buraxılıb.

Sosial       Tarix: 29 oktyabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa


yeni xeberler son xeberler azerbaycan xeberleri enson xeberler son xeberler bugun 2026 canli son xabar son xəbərlər bugün 2026