Bakıda qapıları yoxlayıb, evlərə girən oğru tutuldu
Paytaxtın Nərimanov, Nəsimi və Yasamal rayonlarında yaşayış binalarında mənzillərin qapılarını yoxlayan və boş evlərə oğurluq niyyəti ilə daxil olmağa cəhdlər barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətindən azxeber.com-a verilən məlunata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı M.Xurşudov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs binalarda açıq qapı aşkar etdikdə evlərə daxil olaraq oğurluq etməyi planlaşdırıb.
Şübhəli şəxsin digər bir nəfərlə mənzillərin qapılarını yoxladığı, oğurluq niyyəti ilə etdiyi hərəkətlər, həmçinin onların mənzillərin giriş qapılarının fotoşəkillərini çəkmələri təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Nərimanov RPİ-də şübhəli şəxslə bağlı hüquqi məsuliyyət tədbirləri davam etdirilir. M.Xurşudovun digər analoji əməllərdə iştirak edib-etmədiyi yoxlanılır.
Vətəndaşlara müraciət edərək bir daha tövsiyə edirik ki, mənzillərin giriş qapılarını açıq saxlamasınlar, yaşayış binalarının girişlərinə və bloklara naməlum şəxslərin daxil olmasına diqqət yetirsinlər, şəxsi əmlakın təhlükəsizliyinə ciddi yanaşsınlar. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal polisə məlumat versinlər.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı