Bakıda qızına toy edən atadan ŞOK hərəkət
Bakıda qoyun saxlayan 5 nəfərə qarşı dələduzluq edilib.
KONKRET.az xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.
49 yaşlı Elçin Musayev (soyad şərtidir) Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələrində yaşayan, qoyun saxlayan 5 nəfərin qapısına gedərək, qızı üçün toy edəcəyini deyib. Bunun üçün onlardan ümumi dəyəri 5900 manat olan 13 qoyun alıb.
Qoyunların pulunu isə toya salınan pullarla ödəyəcəyini bildirib. Lakin həmin xırdabuynuzlu heyvanları tanıdığı adamlara ucuz qiymətə sataraq, pulu şəxsi ehtiyaclarına sərf edib.
Heyvanlarını pulunu ala bilməyən zərərçəkənlər hüquq-mühafizə orqanlarına şikayət edib.
Nəticədə Elçin Musayev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsilə ittiham elan olunub.
Xəzər rayon Məhkəməsində hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Elçin Musayev 2 il 5 ay müddətinə azadlıqdan məhrum olunub.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq