Bakıda "rent a car"dan götürdüyü avtomobili narkotikin təsiri altında idarə etdi - VİDEO
Suraxanı rayonunda "rent a car"dan götürdüyü avtomobili heroinin təsiri altında idarə edən sürücü Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı saxlanılıb.
Azxeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Hövsan qəsəbəsində yaşayan Rəşad Həsənov idarə etdiyi KİA markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili narkotik maddə olan heroin qəbul edərək idarə etdiyini etiraf edib.
Təyin olunan ekspertiza zamanı Rəşad Həsənovun sükan arxasında narkotik vasitələrin təsiri altında olduğu sübuta yetirilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Onun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.
Qeyd edək ki, araşdırma zamanı sürücünün avtomobili "rent a car"dan götürdüyü və bundan sonra digər hərəkət iştirakçılarının həyatını təhlükə altına qoyaraq narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə etdiyi məlum olub.
Bu istiqamətdə polis əməkdaşları tərəfindən ölkə ərazisində tədbirlər davam etdirilir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR