Bakıda restoranda qaz xəttinə qanunsuz müdaxilə aşkarlandı - VİDEO
"Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları qaz təchizatına qanunsuz müdaxilə aşkar edib.
azxeber.com Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilir ki, paytaxtın Nərimanov rayonunda yerləşən "Nəşvə" restoranının 5 753 manat debitor borcunun olması, restoran sahibi tərəfindən bu borcun ödənilməməsi səbəbindən restoranın qaz təchizatı dayandırılıb.
İki gün sonra Birlik əməkdaşları sözü gedən ünvana yenidən baxış keçirən zaman abonentin özbaşına şəkildə dəmir ötürücü quraşdırmaqla təbii qazdan qeyri-qanuni halda istifadə etdiyi məlum olub.
Birlik əməkdaşları restoranın mətbəxinə baxış keçirmək istəyən zaman onları bir qədər gözlədərək sonradan içəri buraxıblar. Onlar qaz balonundan istifadə etdiklərini iddia ediblər. Lakin mətbəxə baxış keçirəndən sonra təkrar qoşulma yerinə baxdıqda dəmirötürücünün abonent tərəfindən açılaraq götürüldüyü aşkar edilib.
"Azəriqaz" İstehsalat Birliyi bir daha vətəndaşları qaz təchizatına müdaxilə hallarından uzaq durmağa çağırır.
Bundan əlavə bildirir ki, Birlik əməkdaşlarına xidməti vəzifələrini yerinə yetirməyə maneçilik törədən, onlara zor tətbiq edən şəxslər barədə qanuna müvafiq olaraq tədbirlər görüləcək.
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var