Bakıda taksi sürücüsü yol puluna görə qazini döydü

Bakıda taksi sürücüsü yol puluna görə qazini döydüBakıda taksi sürücüsü yol puluna görə sərnişini döyüb.
KONKRET.az bildirir ki, Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu Keşlə qəsəbəsində, "Tam store" mağazasının qarşısında baş verib.
İttiham aktına görə, təqsirləndirilən şəxs 40 yaşlı Fuad Dadaşov (ad və soyad şərtidir) özünə məxsus avtomobillə Sumqayıtdan Keşləyə sərnişin gətirib. Yol pulu 9 manat 67 qəpik olduğu üçün sərnişin sürücüyə 20 manat verib ki, qalığı qaytarsın. Sürücü isə gedişhaqqının 13 manatdan çox olduğunu və 6 manat qaytaracağını deyib. Bu zaman tərəflər arasında mübahisə düşüb. Mübahisə zamanı sürücü sərnişini yumruq və təpik zərbələri ilə döyərək xəsarət yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi açılıb.
Zərərçəkənin sözlərinə görə, "Bolt" tətbiqi ilə Sumqayıtdan Keşlə qəsəbəsinə taksi sifariş edib:
"Bu zaman yol pulu 67 qəpik göstərib. Məndən başqa, həyat yoldaşım, 6 aylıq övladım və bacım da vardı. Yola başlayandan sonra sürücü dedi ki, Balaxanıda bir nəfərə əşya çatdırmalıdır, buna görə də həmin yolla gedəcək. Razılaşdıq. Ünvana çatanda 20 manat verdim ki, 10 manat qalığı qaytarsın. Dedi ki, yol pulu 9 manat 67 qəpik yox, 13 manat 66 qəpikdir. Telefonumda baxdım ki, doğrudan da gediş haqqı 13 manat 66 qəpik yazıb. Etiraz etdim ki, bunun səbəbi sürücünün əşyanı verməsi üçün Balaxanı yolu ilə getməsi olub. Yolu dəyişməsəydi yol pulu 9 manat idi. Sürücü dedi ki, avtomobili komfortlu olduğu üçün müştərilər həmişə artıq pul verirlər. Dedim ki, qaziyəm, mənim üçün 1 manat da önəmlidir. Dövlətin verdiyi müavinətlə dolanıram. Bu zaman aramızda mübahisə yarandı. Məni vuraraq, xəsarətlər yetirdi".
Nizami rayon Məhkəməsinin qərarı ilə Fuad Dadaşov barəsində 9 aylıq azadlığın məhdudlaşdırılması cəzası verilib.

Hadisə       Tarix: 15 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Bakıda məktəb mühafizəçisinə hücum edildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasınd

Türkiyədə mikroavtobus aşıb, 20-dən çox insan xəsarət alıb

Türkiyənin Afyonkarahisar vilayətində işçiləri daşıyan mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb. "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD), təcili tibb

Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlu

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı rayonun Heydər Əliyev prospektində olub. Belə ki, "Kia" markalı avtomobil ilə "VAZ-2106" markalı avtomobil toqquşub. Hadis

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler sou xeberler bugun qarabag cəbhədən son xəbərlər 2026