Bakıda taksi xidmətlərinin ödəniş "oyunu" - DETALLAR

Bakıda taksi xidmətlərinin ödəniş "oyunu" - DETALLARBakıda fəaliyyət göstərən çoxsaylı taksi servislərinin sayı fasiləsiz artır. Onlar rəqabət aparır, daha çox müştəri cəlb etmək üçün dempinqə əl atır, gediş tarifləri aşağı salaraq üstün yerlər tutmağa çalışırlar.
Fəqət, bu zaman birmənalı olmayan hadisələr yaşanır.
Həmin olaylardan biri də taksi xidmətinin onlayn applikasiyasından, yəni mobil telefonlar üçün nəzərdə tutulmuş əlavə proqramından istifadə edən vətəndaşın taksi sifariş verərkən marşruta görə hesablanmış məbləğlə yekun ödəniş arasındakı fərqdir.
Milli.Az bildirir ki, tanınmış vəkil Rövşən Əhmədov bundan bəhs edib. Onun dediyinə görə, dekabrın 19-də taksi servisinin xidmətindən istifadə edən vətəndaşa gediş xidmətinin haqqı 7 manat 3 qəpik təklif olunub. Müştəri taksi ilə mənzil başına çatandan, yəni xidmət icra olunandan sonra isə vətəndaşın bankdakı hesabından 8 manat 30 qəpik silinib.
"Vətəndaş bununla bağlı banka zəng vurub, aldığı cavab 196 Vergi Xidməti ilə əlaqə saxlamaqla bağlı məsləhət olub. Nə baş verir?! Əslində, xidmət əlavə dəyər vergisi (ƏDV) də daxil edilməklə vətəndaşa təklif olunmalıdır. Xidmət haqqı ilə ƏDV məbləği ayrı-ayrılıqda da göstərilə bilər, amma taksi şirkətləri bunu göstərmirlər. ƏDV-nin məbləğini müştəri yalnız yekun məbləğ xidmət icra olunduqdan sonra hesabdan çıxılanda bilir.
Bakıda taksi xidmətlərinin ödəniş "oyunu" - DETALLARDeməli, belə çıxır ki, vətəndaş sifariş verəndə, ona hər hansı məbləğ göstəriləndə həmin şəxs kalkulyator ilə ƏDV məbləğini hesablamalı və gediş haqqı ilə bağlı özü öncədən hesablamalar aparmalıdır.
Yalnız bundan sonra xidmətdən istifadə ilə bağlı qərar verməlidir. Əks təqdirdə çox gec olacaq. Bir sözlə, iş, mal, xidmət alışı üzrə istehlakçıya təqdim olunan qiymət ƏDV daxil edilməklə təklif olunmalıdır.
Əks təqdirdə bu, istehlakçını aldatmaq, qanunvericiliyə zidd əməldir. Belə ki, bu yolla bağlanmış əqd bağlandığı andan etibarsızdır, çünki yanılma və ya aldatma yolu ilə bağlanan əqd hesab olunur. Səbəb - əqd bağlanarkən ilkin oferta ilə çıxış edən tərəf, yəni taksi şirkətinin təklif etdiyi tarifdən artıq ödəniş almasıdır.
Halbuki müştəri ilə müqavilə bağlanarkən oferta zamanı təklif olunan qiymət daha aşağı idi. ƏDV daxil və ya xaric olması, hətta oferta anı belə qeyd olunmur. Müştəri isə bunu görmür, ofertanı qəbul edir. Deməli, müştəri məqsədli şəkildə, aşağı qiymət təklifi ilə aldadılır. Bu isə müqavilənin əsassız sayılması üçün əsasdır. Məbləğ kiçik olduğu üçün bu tip məsələlər böyük ictimai rezonans doğurmur. Lakin bu xidmətlərdən hər gün minlərlə insanın istifadə etdiyini nəzərə alsaq, problemin nə qədər aktual olduğu göz önündədir", - R.Əhmədov deyib.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 21 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Unibank – Sənin Bankın!. /

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xeber son.xeberler ən son xəbərlər en son xeberler bu gun