Bakıda tələbə qətlə yetirildi - Amansız cinayətlə bağlı GÖRÜNTÜLƏR

Bakıda tələbə qətlə yetirildi - Amansız cinayətlə bağlı GÖRÜNTÜLƏR2023-cü il iyunun 24-də Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib. 2003-cü il təvəllüdlü Hikmət Kərimov bıçaq yaraları ilə Kliniki Tibbi Mərkəzə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları, məhkəmə-tibbi ekspertinin iştirakı ilə meyitə baxış keçiriblər.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları həmin gecə Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Fateh Məmmədovu saxlayıblar.
Hikmət Kərimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 2-ci kurs tələbəsi olub və bir neçə ay əvvəl telefon alqı-satqısı mağazasında işləməyə başlayıb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

KONKRET.az bildirir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, iyunun 23-də saat 22 radələrində Fateh Məmmədov İsmayıl Hidayətzadə küçəsində tanışları Samir Hüseynli və Elşən Məmmədovla birlikdə dayanan zaman, digər tanışı Hikmət Kərimovun həmin ərazidən keçdiyini görüb. Bir gün əvvəl aralarında yaranmış sözlü mübahisə zamanı Kərimovun onun ünvanına işlətdiyi söyüşü bəhanə edərək ona dayanmasını bildirib. Üzərində gəzdirdiyi məişət təyinatlı bıçağı çıxarıb, ictimai yerdə Hikmətin bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirib. Yaralının qaçdığını görəndə əlində bıçaqla onu təqib edib. 7 nömrəli binanın qarşısında yerə yıxılan şəxsə çatıb. Ona əlavə xəsarət yetirmək istəsə də, arxasınca gələn qonşusu Sarvan Hüseynov fəal müdaxilə edərək, bunu əngəlləyib.

İş üzrə dindirilən Fateh Məmmədov bildirib ki, qonşuluqda yaşayan Hikmət Kərimovla münasibəti yaxşı olub və hər ikisi narkotik vasitələrdən istifadə ediblər:
"Axırıncı dəfə Hikmətlə hadisədən bir gün əvvəl saat 23:00 radələrində məhəllədə görüşdük. Marixuana çəkəndən sonra qalan narkotik vasitəni cibimə qoydum. Hikmət bunu hörmətsizlik kimi qəbul edərək mənə irad bildirdi. Tanışıma səhv fikirdə olduğunu deyəndə aramızda mübahisə yarandı. Narkotik vasitəni qaytarmaq istəyəndə, Hikmət məni söyərək çıxıb getməyimi tələb etdi və boğazımdan tutub itələdi.

Fateh Məmmədov
Yoldan keçən tanımadığım iki nəfər yaxınlaşıb bizi ayırdı. Hikmətin kənar şəxslərin yanında söyüş söyməsindən çox əsəbiləşdim. Narkotik maddəni istifadə etdikdən sonra evimə gedib yatdım. İyunun 23-də Hikmətlə görüşərək söhbətə aydınlıq gətirmək istədim. Evdən çıxanda mətbəx bıçağını götürüb şalvarımın kəmərinə keçirdim. Hikmətin saat 22 radələrində işdən evə gəldiyini bildiyim üçün, təxminən bir saat onun yaşadığı məhəllənin girişində dayandım. Saat 21:30-da tanışlarım Elşən, Əlimuxtar, Kənan və Samir yanıma yaxınlaşanda, onlara "çıxıb getmələrini, işim olduğunu" dedim. Bir azdan Hikmətin gəldiyini görəndə bıçağı çıxarıb onun üzərinə getdim və ona zərbələr vurdum. Samir və Elşən araya girib bizi ayırmağa çalışdılar. Hikmət əlimdən qaçsa da, qısa məsafədən sonra yerə yıxıldı".

Hikmət Kərimov
Zərərçəkmiş şəxsin hüquqi varisi İlham Kərimov ifadəsində göstərib ki, saat 22:00 radələrində arvadı ona zəng edərək, Hikmətin bıçaqlandığını xəbər verib:
"Məhəlləyə çatanda, artıq küçədə polis əməkdaşlarını və insanların toplaşdığını gördüm. Oğlum Hikmət idmançı idi və heç vaxt narkotik vasitələr qəbul etməyib. Mümkün deyil ki, o, Fateh Məmmədova narkotik maddə versin və aralarında bununla bağlı dava baş versin. Mənə verilən məlumata görə, oğlumu məhəlləyə qonşuluqda yaşayan Samir çağırıb. Bundan sonra Fateh Hikmətə bıçaqla xəsarətlər yetirib".

Şahid Sarvan Hüseynov bildirib ki, iyunun 23-də yaşadığı evin qarşısında velosiped düzəldərkən küçədən qışqırıq səsləri eşidib:
"Qabaqda Hikmətin, arxasınca Fatehin və Elşənin qaçdığını gördüm. Dava baş verdiyini düşünüb velosipedlə onların arxasınca getdim. Mağazanın yanında Hikmətin yerə yıxıldığını, Fatehin isə əlində bıçaqla onun üzərinə getdiyini görüb onun qarşısına keçdim. Fateh əvvəlcə məni tanımadığı üçün "yaxın gəlməməyimi və vuracağını" deyib qışqıranda sağ əlindən tutaraq, Sarvan olduğumu bildirdim. Bu zaman Fateh məni tanıdı. Hikmətin qarnından qan gəldiyini gördüm. Köynəyimi çıxarıb Hikmətin yarasını sıxdım. Elşən və Rüfətlə birlikdə yaralını avtomobilə yerləşdirdik. "Montin" qəsəbəsində yerləşən özəl klinikalar Hikməti qəbul etmədi. Kliniki Tibbi Mərkəzdə onu xərəyə qoyaraq əməliyyata apardıq, amma bir müddət sonra onun öldüyü barədə məlumat verildi".

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsi bağışlamadığını və ona qanuna uyğun cəza təyin edilməsini xahiş edib. Son sözündə Fateh Məmmədov əməlindən peşman olduğunu bildirib.
Məhkəmə nəticəyə gəlib ki, ibtidai istintaq orqanı tərəfindən Fateh Məmmədovun əməli Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə düzgün tövsif edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fateh Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə     Baxılıb: 161   Tarix: 20 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

SON DƏQİQƏ: İranda zəlzələ oldu

İranın Cənubi Həmədan əyalətində 4,2 bal gücündə zəlzələ baş verib. "Azad İran"a istinadən xəbər verir ki, zəlzələnin episentri Nəhavənd əyalətinin Firuzabad rayonunda olub. Yeraltı təkanların ocağı 10 km dərinlikd

Evdə iynə vurulan uşaq qəfil vəfat etdi

Bərdədə 6 yaşlı uşaq ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ev şəraitində venadaxili inyeksiyadan sonra 2019-cu il təvəllüdlü Quliyeva Aylin Zaur qızının vəziyyəti pisləşib. Bərdə Mərkəzi Xəstəxanasınd

64 yaşlı kişini avtomobil vurub öldürdü

Qaxda 64 yaşlı kişini avtomobil vuraraq öldürüb. APA-ya istinadla xəbər verir ki, hadisə bu gün axşam saat 22 radələrində Qax şəhəri, Heydər Əliyev prospektində baş verib. Belə ki, 29 yaşlı İlham Məmmədov idarə etdiyi "Mercedes"

Sumqayıtda avtobus tamamilə yandı

Sumqayıt şəhərində avtobus yanıb. KONKRET.azreport-a istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrarayon ərazisində baş verib. Belə ki, ərazidə hərəkətdə olan 2 nömrəli avtobus alışaraq yanıb. Yanğın nəticəsində avtobu

Şəkidə çay stəkanına tüpürən qız DANIŞDI

Şəki şəhərində fəaliyyət göstərən "Azra" şirniyyat evində xanım əməkdaşın müştərilərə qarşı qeyri-etik davranışı ilə bağlı görüntülər yayılıb. Xəzər TV-yə istinadla xəbər verir ki, videodakı qızın sözlərinə görə

Masallıda hamilə qadının ölümü ilə bağlı TƏFƏRRÜAT 

Masallı rayonunda hamilə qadının ölümü ilə bağlı təfərrüat məlum olub. -a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Belə ki, Yardımlı rayonunun Avur kənd sakini, 1993-cü il təvəllüdlü Afət Mətləb qızı Abbasov

Kopenhagendən sonra Osloda da PUA xəbərdarlığı

Danimarkanın paytaxtı Kopenhagendə hava limanının fəaliyyəti ərazidə müşahidə olunan dronlara görə dayandırılıb. xəbər verir ki, polis hadisə yerindədir. Bütün reyslər təxirə salınıb, təyyarələr 40 dəqiqədən çoxdur uçuş-enm

Bakı-Quba yolunda avtomobil piyadanı vurub

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, 1975-ci il təvəllüdlü Mütəllimov Cavanşir Əlizadə oğlu yolu keçmək istəyərkən onu "Mercedes" markalı mini

Goranboyda hərbi texnika daşıyan yük maşını yandı

Goranboy rayonunda qəzaya düşən yük maşını yanıb. xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, qoşqulu yük maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmi


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xeberler gunun xeberleri meherremlik 2025 en son xeberleri