Bakıda xanım müğənni mikrofonla söyüş söydü, döyüldü - DETALLAR
Bakıda məşhur restoranda işləyən qəlyançı qadın müğənnini döyüb.
KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Nizami rayonunda yerləşən "Sultan Pub" restoranında baş verib.
Belə ki, qəlyançı qadınla Kəmalə adlı müğənni arasında dava Dəyanət adlı oğlana görə düşüb.
Kəmalə "Sultan Pub"da olan zaman "WhatsApp" vasitəsi ilə adını sonradan bildiyi Dəyanət adlı şəxsdən mesaj gəlib. Mesajı göndərən şəxs ondan xoşu gəldiyini və tanış olmaq istəyini bildirib. Adını Tünzalə kimi bildiyi, əsl adı Ağca olan restoranda qəlyançı işləyən qadın Dəyanətin şəklini görüb onu tanıdığını və anasının sevgilisi oduğunu bildirib. Ağca müğənniyə Dəyanətlə əlaqə saxlamamağı məsləhət görərək, onun qadınları aldatdığını deyib.
Bir neçə gün sonra Dəyanət Ağcaya zəng edərək "səndən heç gözləməzdim, mənim haqqımda Kəmaləyə yaxşı sözlər deməmisən" deyə irad tutub.28 noyabr 2022-ci il tarixdə Ağca işlədiyi restorana gedib, orada restoranı işlədən Vüsal və Fərasim adlı şəxslərlə nahar edib. Daha sonra Ağca Kəmaləyə onun sözlərini Dəyanətə çatdırması barədə irad tutub. Müğənni isə əvəzində həmin gün tanımadığı şəxsin doğum gününündə mikrafonla onun və anasının ünvanına nalayiq sözlər deyərək, təhqir etməyə başlayıb. Tərəflər arasında dava bundan sonra başlayıb. Səhər saat 05.00 radələrində Kəmalə restoranın sanitar qovşağına gedən zaman Ağca ona yaxınlaşaraq, anidən başı ilə üz nahiyəsinə vuraraq qaçıb. Müğənnin zərbədən başı gicəllənsə də, restorandan çölə çıxaraq, onun arxasınca gedib. Ağcanı küçədə görüb ona yaxınlaşmaq istəyərkən sonuncunun onu itələməsi nəticəsində müvazinətini itirərək, yerə yıxılıb. Nəticədə müğənniyə burun sümüyünün xətti yerdəyişməyən sınığı, burunun şişkinlik halında əzilməsi, burun belinin qançırı, sağ süd vəzisinin, sağ saidinin qançırları diaqnozu qoyulub.Məhkəminin qərarı ilə "Sultan Pub" restoranın 1990-cı il təvəllüdlü Ağca adlı qəlyançısı hər ay qazancından dövlət nəfinə 15 faizi məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu