Bakıda xəstə yaxınları xəstəxanaya hücum etdi

Bakıda xəstə yaxınları xəstəxanaya hücum etdiBakıda xəstə yaxınları xəstəxanaya hücum etdi
Sosial şəbəkədə və bir sıra kütləvi informasiya vasitələrində Qarabağ qazisi Asif Yusiflinin qızı, 21 yaşlı Esmiranın həyatının təhlükədə olması və həkimlərin ona laqeyd yanaşmasına dair məlumatlar yayılıb.
Məlumata görə, xəstə noyabr ayının 5-də yüksək qan təzyiqi ilə təcili tibbi yardım vasitəsilə 5 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və orada da müxtəlif bəhanələrlə onu qəbul etməyiblər.
Daha sonra onun Rəsulzadə qəsəbəsindəki  Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılıb. İddia edilir ki, xəstəxanada həkimlər E.Yusifovanı koma vəziyyətindən çıxara bilməyəcəklərini deyiblər.
Məsələ sosial şəbəkələrdə ciddi müzakirələrə və etirazlara səbəb olub.
Qeyd olunan məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün Oxu.Az Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanın baş həkimi Bəyalı Məmmədovla əlaqə saxlayıb. Baş həkim isə açıqlamasında vəziyyətin fərqli olduğunu deyib:
"Xəstə 1998-ci il təvəllüdlü Yusifova Esmira Akif qızı anadangəlmə şəkər xəstəsidir. Ona birinci tip şəkərli diabet diaqnozu qoyulub. Mütəmadi olaraq insulin qəbul etməlidir. Məndə olan məlumata görə, ilk olaraq onu 5 saylı şəhər kliniki xəstəxanaya aparıblar. Xəstəxanada ona lazım olan müdaxilə edilib və vəziyyəti stabilləşib. 
Səhər xəstəni normal palataya keçirmək istəyəndə isə saat 10:30 radələrində iltizamnamə yazaraq müalicə və müayinədən imtina edərək evə getmək istədiyini deyib. Bildirib ki, onun öz həkimi var və daim onun nəzarətində olur.
Bakıda xəstə yaxınları xəstəxanaya hücum etdiDaha sonra təsərrüfat hesablı (pullu) olan Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına aparıblar. Orada xəstənin müalicəsi üçün müəyyən məbləğdə ödəniş etməli olduqları bildirilib. Xəstə yaxınları bunu qəbul etməyib və onu evə aparıblar.
Noyabr ayının 6-sı xəstənin qan təzyiqi yenidən yüksəlib və onu saat 15:45 radələrində bizim xəstəxanaya gətiriblər. Onu həkim Gülmalıyev Sahib qəbul edib və dərhal reanimasiya şöbəsinə keçirib. Təcili olaraq zəruri yardım göstərilib, qan təzyiqi normaya salınıb. Bu dəqiqə xəstə reanimasiya şəraitində, həkim nəzarətində saxlanılır. Hər ehtimala qarşı bir sutkadan sonra normal palataya köçürüləcək".
Baş həkimin sözlərinə görə, xəstə yaxınları ilə həkimlər arasında yaşanan tək problem reanimasiya otağına keçmək istəmələridir:
"Xəstə yaxınları gecə saatlarında xəstəxanaya gəlib. Aralarında içkili olan şəxslər də olub. Birmənalı şəkildə reanimasiya şöbəsinə keçmək istədiklərini bildiriblər. Həkimlər bunun mümkün olmadığını, anasının xəstənin yanına buraxıldığını, xəstənin vəziyyətinin stabil olduğunu, həyati təhlükəsinin olmadığını deyib. 
Bundan başqa, həkimlərlə ailə yaxınları arasında heç bir problem yaşanmayıb. Kütləvi informasiya vasitələrində bu məsələ ilə yazılan məlumatlar, təəssüf ki, hadisələri olduğu kimi təsvir etmir".
Könül Cəfərli 

Sosial       Tarix: 07 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber az ensonxeberler cəbhədən son xəbər valyuta məzənnələri