Bakıda Xəzəryanı dövlətlərin yüksək səviyyəli işçi qrupun görüşü keçiriləcək

Bakıda Xəzəryanı dövlətlərin yüksək səviyyəli işçi qrupun görüşü keçiriləcəkGələn iln mart ayında Bakıda Xəzəryanı dövlətlərin yüksək səviyyəli işçi qrupun görüşü keçiriləcək.
azxeber.com xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
"Xəzəryanı dövlətlərin müxtəlif əməkdaşlıq platformaları mövcuddur. Əməkdaşlıq platformalarından biri də, dövlət başçılarının qərarına əsasən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclası formatıdır. Qərara uyğun olaraq bu gün ilk görüş keçirilib", - nazir deyib.
Bu gün həm məhdud, həm də geniş tərkibli görüş olub: "Xəzər mövzusu ilə bağlı ən müxtəlif məsələlər, bu istiqamətdə atılan addımlar, VI Xəzər sammitinin qərarlarının icrası, o cümlədən gələcək planlar barədə geniş müzakirələr aparılıb. Görüşün yekunlarına dair birgə bəyanat qəbul edilib.
Əsas mövzular sırasında Xəzərin hüququ statusuna dair qəbul edilmiş konvensiyanın bütün üzv dövlətlər arasında tam ratifikasiyadan keçərək qüvvəyə minməsi və digər açıq qalan məsələlərdir".
Nazirin sözlərinə görə, vacib sazişlər sırasında Xəzəryanı dövlətlər arasında orta və düz xəttlətin razılaşdırılması, həmin sazişin hazırlanması istiqamətində yüksək səviyyəli işçi qrupun növbəti görüşünün keçirilməsi yer alıb və belə görüşün mart ayında Bakı şəhərində keçirilməsi planlaşdırılır:
"Bildiyiniz kimi, Xəzər mövzusu ilə bağlı olaraq 16 müxtəlif saziş qəbul edilib. Həmin sazişlərdən 15-nə Azərbaycan da qoşulub. Eyni zamanda Xəzəryanı ölkələrin bir sıra digər istiqamətlər üzrə təşəbbüsləri var. Təşəbbüslərlə bağlı növbəti addımlar da razılaşdırılıb. Ən önəmli məsələlər sırasında Xəzərdə ekoloji problemlər və xüsusi olaraq dənizin səviyyəsinin son onilliklər ərzində azalmasıdır. Bu, çox ciddi narahatlıq doğurur. Həmin mövzu ilə bağlı olaraq VI sammitdə Azərbaycan Prezidenti İlham Əliyev xüsusi İşçi Qrupunun yaradılması təklifini irəli sürüb. Təklifə uyğun olaraq Azərbaycan tərəfi artıq üzv dövlətlərə bununla bağlı növbəti addımlara dair sənəd layihələri təqdim edib və hazırda həmin sənədlər müzakirə edilir".
C.Bayramov qeyd edib ki, yaxın zamanlarda işçi qrupun görüşü təşkil olunacaq: "Konvensiyada nəzərdə tutulduğu kimi Xəzərin bir sülh məkanı olması, burada Xəzəryanı dövlətlərin hərbi sahədə atdıqları addımların digər ölkələr üçün məqbul olması, hər hansı bir gərginliyin yaradılmaması bu gün müzakirə mövzuları arasında olub. Ümumilikdə, bu görüşü çox faydalı hesab edirik. Düşünürük ki, görüşün növbəti addımlara müsbət təsiri olacaq".
Azərbaycanın XİN başçısının sözlərinə görə, beynəlxalq geniş formatlı tədbirlər çərçivəsində ikitərəfli görüşlər də keçirilir: "Biz gün ərzində səhər Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycan-Rusiya münasibətləri kontekstində ikitərəfli görüş keçirdik. Bir qədər əvvəl isə İranın xarici işlər naziri Hüseyn Əmir Abddulahianla Azərbaycan İran münasibətləri kontekstində kifayət qədər ətraflı müzakirələrimiz oldu".

Siyasi       Tarix: 06 dekabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler siyaseti xeberler bugun krimnal xeber