Bakıda yarışa gələn turistlərin xərclədikləri məbləğ AÇIQLANDI: Ən azı 3000

Bakıda yarışa gələn turistlərin xərclədikləri məbləğ AÇIQLANDI: Ən azı 3000Bakıda yarışa gələn turistlərin xərclədikləri məbləğ AÇIQLANDI: Ən azı 3000...
"Formula-1" Azərbaycan Qran-prisinə tamaşa etmək üçün Bakıya gələn turistlərin hər biri ölkəmizdə orta hesabla 3000 dollar pul xərcləyir.
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov deyib.
Onun sözlərinə görə, "Formula-1" yarışına baxmağa gələnlər adətən maddi imkanları yüksək olan fanatlardır.
"Formula-1" yarışına baxmaq üçün Bakıya gələn turistlər daha çox beşulduzlu hotellərdə qalır, ölkənin digər turizm imkanlarından istifadə edirlər. Pandemiya dövründə müəyyən məhdudiyyətlər olduğu üçün ölkəmiz "Formula-1" yarışlarından çox da gəlir əldə edə bilmədi. Bu il keçiriləcək "Formula-1" Azərbaycan Qran-prisinə gələcək turistlərin sayı isə ən azından 2019-cu ildəki qədər olacaq".
Ə.Qurbanov bildirib ki, "Formula-1" yarışları paytaxtda keçirildiyindən turistlər əsasən Bakıda qalırlar:
"Əvvəlki illərdə apardığımız monitorinqlərə əsasən deyə bilərik ki, həmin turistlər paytaxtın turistik yerlərində, ictimai-iaşə obyektlərində kifayət qədər pul xərcləyirlər. "Formula-1" yarışları ilə əlaqədar əsasən Avropadan turistlərin gələcəyi gözlənilir. İyunun ilk ongünlüyündə ölkəmizdə xarici turistləri tez-tez görəcəyik", - Assosiasiya sədri vurğulayıb. /oxu.az

Turizm       Tarix: 06 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. Qazaxıstanın ən böyük aviaşirkəti "Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. -ın məlumatına görə, bu barədə aviaşirkətin mətbuat xidmət

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər cəbhədən son xəbərlər xeberler bu qun sonxeber az