Bakıda yataqxana söküntüsü etiraza səbəb oldu: İcra Hakimiyyətindən AÇIQLAMA

Bakıda yataqxana söküntüsü etiraza səbəb oldu: İcra Hakimiyyətindən AÇIQLAMABakıda yataqxana söküntüsü etiraza səbəb oldu: İcra Hakimiyyətindən AÇIQLAMA
Sosial şəbəkələrdə paytaxtın Xətai rayonunda sakinlər bina söküntüsünə etiraz etməsi ilə bağlı məlumat yayılıb.
Söhbət Xətai rayonu, General Əliağa Şıxlinski küçəsi 42 ünvanından gedir. Əhalinin iddialarına görə, aidiyyəti qurumlar binanın sökülməsi prosesinə başlayan zaman onların razılığını almayıb.
Bu səbəbdən də bir qrup sakin hazırda qəzalı vəziyyətdə olan və sökülməsinə hazırlıq gedən binanın qarşısında etiraz edirlər.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Xətai Rayon İcra Hakimiyyətinin ərazidə olan nümayəndəsi, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən binanın qəzalı vəziyyətdə olmasına dövlət tərəfindən qərar verilib:
"Fövqəladə Hallar Nazirliyinin qərarına əsasən, beşmərtəbəli və 146 mənzildən ibarət olan bina kəskin qəzalı vəziyyətdədir. Orada sakinlərin yaşaması təhlükəlidir. Binada yaşayan sakinlərdən 120-dən çoxu ilə danışıqlar aparılıb və müqavilə bağlanılıb. Həmin binada mənzillərin hər birinin ümumi sahəsi 12-25 kvadrat metr olub. Sakinlərə təhlükəsizlik məqsədilə mərhələli şəkildə binadan çıxmaları bildirilib. Əslində yeni binanın tikintisi ötən il oktyabrın 1-də başlamalı idi. Binanın tikintisinin 2022-ci ilin fevral ayında tamamlanması planlaşdırılır".
O bildirib ki, hesablamalarla yataqxananın sahəsinə müvafiq olaraq hər ailəyə 30 min manat vəsait ayrılsa da, sakinlər buna razılıq verməyib:
"Bu məsələdə razılığa gəlinməsi üçün sakinlərlə və podratçı şirkətlə danışıqlar aparıldı. Beləliklə üçtərəfli - Xətai Rayon İcra Hakimiyyəti, vətəndaş və podratçı təşkilat arasında müqavilə imzalandı. Müqaviləyə əsasən, yataqxananın yerində tikiləcək yaşayış binasından sakinlərə sahəsi 54,5 kvadrat metr olan tam təmirli mənzillər veriləcək. Bu müddət ərzində isə sakinlərə kirayə haqqı ödəniləcək. Artıq təlimatlara uyğun olaraq binada kommunikasiya xətləri ayrılır və söküntü prosesinə hazırlıq gedir".
"Lakin hazırda etiraz edən bir qrup sakindən bəzisi heç o binada yaşamırdı, bəzisi isə bu söhbətlərdən sonra süni şəkildə sənədlərdə dəyişiklik edərək bağlanan müqaviləyə etiraz ediblər. Araşdırma aparılıb və bu proseslərin müqavilədən sonra baş verdiyi müəyyən olunub. Həmin ailələrlə də danışıqlar aparılır, vəziyyət izah edilir. Çünki bu məsələdə qeyri-dəqiqlik ola bilməz. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən zəruri tədbirlərin hər biri dəqiqliklə və qanunvericiliyin normalarına uyğun şəkildə görülüb", - deyə P.İmanov sonda əlavə edib.
Könül Cəfərli

Sosial       Tarix: 09 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son məlumatlar xeber gunun xeberleri son xeber az