Bakını hədələyən rus deputata Türkiyədən reaksiya: "Ona başa salarıq ..."

Bakını hədələyən rus deputata Türkiyədən reaksiya: "Şuşa Bəyannaməsinə görə başqa bir ölkə tərəfindən Türkiyəyə qarşı təhdid edildisə Azərbaycan, Azərbaycana qarşı edildisə Türkiyə tərəfindən bir təhdid kimi dəyərləndirilir".
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ordunun ehtiyatda olan generalı Yücel Karauz deyib.
General bildirib ki, Bakını təhdid edən rus deputat ikinci Jirinovski olmaq istəyir:
"Rusiyanın Azərbaycanla əməkdaşlıq mövzusu sadəcə neft və təbii qaz konteksindəki bir əməkdaşlıq deyil. 22 fevral tarixində Rusiya ilə Azərbaycan arasında da müttəfiqlik Bəyannaməsinə bənzər bir Bəyannamə imzalanıb. Dolayısı ilə Rusiyanın Qafqazda Azərbaycana hər zaman ehtiyacı var. Azərbaycanı vurmaqla hədələyən rusiyalı deputat Mixail Delyaqindir kimdirsə, nə tarixdən, nə coğrafiyadan, nə strategiyadan, nə də real vəzioyyətdən xəbəri var. Xüsusilə Rusiyanın belə bir addım atacağı da söhbət mövzusu deyil. Bu, sadəcə ikinci Jirinovski olmaq istəyən, öz piarını etmək istəyən bir hökümət adamının boş təhdidlərindəmn başqa bir şey deyil. O səbəbdən də çox ciddiyə alınacaq bir mövzu deyil. Təbii ki, Kremlin də bundan xəbəri var.
Şuşa Bəyannaməsi çərçivəsində biz bu məsələni özümüzə qarşı edilmiş bir təhdid sayırıq və Türkiyə olaraq onu belə dəyərləndiririk. Heç kim Azərbaycanı yalnız zənn etməməlidir. Hər zaman ifadə edirik, Bakının təhlükəsizliyi Ankaradan, Ankaranın təhlükəsizliyi də Bakıdan keçər. Artıq heçnə əvvəlki kimi deyil. Nə Türkiyə, nə də Azərbaycan 1991-ci ildəki Azərbaycan və Türkiyə deyil.
Bir daha qeyd edim ki, Rusiya ilə Azərbaycan arasında müttəfiqlik Bəyannaməsinə bənzər Bəyannamənin imzalandığını düşünsək, Azərbaycana qarşı yönəlmiş bu cür təhdid dolu fikirlər Rusiya-Azərbaycan Bəyannaməsinə də, dostluğuna da qarşı çıxmaq deməkdir. Hər kəsin ağızndan çıxanı qulağı duymalıdır, bunu bacarmayanları da biz lazımı sözlərlə başa salarıq".
Qeyd edək ki, Rusiyanın dövlət televiziyası olan "Rossiya 1" telekanalında Dövlət Dumasının İqtisadi siyasət üzrə Komitəsinin sədr müavini, deputat Mixail Delyagin deyib: "Azərbaycanlılar həqiqətən də razılaşmanı pozdular. Bizimkilər dedilər ki, danışıqlardan sonra onlar geri çəkildi. Onlar isə rəsmi şəkildə açıqlama verdilər ki, tutduqları ərazilərdən heç yerə getməyiblər. Amerikanın tərəfdaşlarının, indiki halda Türkiyənin və Türkiyənin dövlət adlandırdığımız əlaltılarının bu aqressiyası bu gün gün real olaraq bir təhlükədir. Əgər buna görə, sərt və birmənalı şəkildə cəzalandırılmasaq… Azərbaycanın neft sənayesi bizim nəyimizə lazımdır?! Sadə sual. O bizə lazım deyil. O müdafiəsizdir. Bu insanlar əgər sözlə başa düşmürlərsə, o zaman əməllə başa düşməli olacaqlar. Bunu eləməsək, bizdən geriyə heç nə qalmayacaq".Milli.az

Siyasi       Tarix: 29 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler hava durumu xeber xeber.az 2026