Bakının görünməyən gecə həyatı - Ərəb turistlər, klub qadınları, qəlyan... - VİDEO

Bakının görünməyən gecə həyatı - Ərəb turistlər, klub qadınları, qəlyan... - VİDEOBakıda xüsusi karantin rejimini kobud şəkildə pozan gecə klubları fəaliyyət göstərir.
BAKU TV əməkdaşları məşhur gecə klublarından biri olan "İnfiniti" klubunda nələrin baş verdiyinin əyani şahidi olublar.
Gecə saat 00:00-dan bir çox obyektlər işlərini dayandırsa da, bu klub sözün əsl mənasında cibə işləyir. Ürəyindən eyş-işrət, qəlyan keçən hər bir kəs məhz bura üz tutur.
Kluba daxil olmaq üçün adambaşına 20 AZN verilməlidir. Nəhayət, "qərib cinlər" diyarına düşürük. Kimi içir, kimi sərxoş halda qəh-qəhə çəkib gülür, kimisi isə ağzından tüstü çıxarır.
Qiymətlər elə də ucuz deyil. Bir qəlyan üçün gərək 60-80 manatından keçəsən. Bu məsələnin başqa bir tərəfi. Keçək tüstülü, yüksək səsli, səhərə qədər yuxularına haram qatıb ərəblərin qarşısında canfəşanlıq edən qadınlara.
Bu xanımları, görəsən, nə vadar edir? Pulmu, yoxsa mənəvi rahatlıq üçün buranı seçiblər? Bax bu, bir az sual doğurur. Cəmisi iki saatlıq, o dəyərli vaxtımızdan bu "cinlər diyarına" ayırıb biz də şənlənmək istədik.
Qaydanı pozub ictimai iaşə obyektlərində qadağan edilən qəlyandan da daddıq. Çəkiliş xatirinə ha... Gecə saat 00:00-ı gözlədik ki, bəlkə, klub bağlana. Yox, nə bağlanmaq? Hələ gecə həyatı onlar üçün bundan sonra başlayır.
Bizim klubu tərk etdiyimiz vaxt gecə saat 01:00-ı göstərirdi. Biz demirik ki, klublar işləməsin. Sadəcə qanun qanundursa, gərək bu "örtülü bazar" məsələsi hər bir ictimai iaşə obyektinin sahibinə şamil olunsun.

Şou Biznes       Tarix: 02 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler xeber.az krimnal xeber maraqlı xəbərlər