Bakının iki rayonunda qaz olmayacaq
Bakının bir sıra ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə azxeber.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
"Böyükşor-Pirşağı" avtomobil yolunun inşası layihəsi çərçivəsində layihələndirilən avtomobil yolunun "Qaz İxrac" İdarəsinə məxsus "Hövsan-Digah" yüksək təzyiqli magistral qaz kəməri ilə kəsişməsində aparılacaq rekonstruksiya işləri səbəbindən qazın nəqlinin dayandırılması zəruriyyəti ilə əlaqədar sabah saat 9:00-dan işlər başa çatanadək "I Zabrat" QPS-dən qidalanan "Zabrat 1" və "SOCAR PETROLEUM" QSC-yə məxsus YDM ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.
Həmçinin Suraxanı rayonu, "Qaraçuxur" QPS-də 2 ədəd siyirtmənin və 1 (bir) ədəd RDO tipli tənzimləyicinin quraşdırılması və Sabunçu rayonunun Ramana kəndini təbii qazla təmin edən qaz kəmərinin hava kompressor vasitəsi ilə kipliyə sınaq olunması məqsədilə sabah saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Balaxanı, Zabrat, Bakıxanov qəsəbələrinin bir hissəsinin, Ramana kəndinin, Suraxanı rayonu üzrə isə Qaraçuxur qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir