Bakının mərkəzindəki atışma ilə əlaqədar saxlanılan üç nəfər KİMDİR?
Dünən Bakının mərkəzində baş verən silahlı insidentlə bağlı saxlanılan şəxslərin hamısının kimliyi bəlli olub.
KONKRET.az-ın məlumatına görə, şübhəli şəxs qismində tutulan şəxslər Şahmar İsmayılov, Elvin Qasımov və Vüqar Quliyev adlı şəxslərdir. Onların hamısının əslən naxçıvanlı olduğu bildirilir. Hadisə zamanı küçədə iki nəfəri silahla yaralayan şəxs Şahmar İsmayılov olub.
İddialara görə, kriminal hesablaşma çərçivəsində o, Nicat Lənkəranski (Nicat Əkbərov) və Seymur Həsənovu vurmaq istəyib. Lakin atəş açan zaman hədəfdən yayınıb. Nəticədə iki başqa vətəndaş kriminal klanlar arasındakı hesablaşmanın qurbanı olub. Güllə yarası alan həmin iki nəfər xəstəxanaya yerləşdirilib.
Fotoda: İnsident anı
Qeyd edək ki, Nicat Lənkəranski və Seymur Həsənov əslən Lənkəranlıdır. Nicat mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin yaxın adamı olub. Mediada yayılan məlumatlara görə, o, ötən il Türkiyədə Emin Naxçıvanski kimi tanınan Emin Qasımovun qardaşını kriminal hesablaşma müstəvəsində öldürtdürüb. Buna görə də Naxçıvan klanı qisas almaq məqsədilə Nicat və Seymuru öldürtmək qərarına gəlib. Şahmar İsmayılovu killer kimi tutub.
Saxlanılanlardan Elvin Qasımov isə Emin Naxçıvanskinin qardaşıdır.
Xatırladaq ki, insident zamanı təsadüfən ərazidən keçən 2002-ci il təvəllüdlü tələbə Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov güllələnib. Hazırda onların müalicəsi davam etdirilir.//qafqazinfo

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu