Bakının şimal girişində bir körpü və iki yolötürücüsü inşa olunur - VİDEO

Bakının şimal girişində bir körpü və iki yolötürücüsü inşa olunur - VİDEOAzərbaycanda müasir yol infrastrukturunun qurulması dövlətin prioritet məsələlərindən biridir. Çünki geniş və çoxşaxəli, mükəmməl infrastruktura malik, müasir dövrün tələblərinə cavab verən nəqliyyat, yol şəbəkəsi olmayan hər hansı bir dövlətin inkişafından söz açmaq qeyri-mümkündür.
Milli.Az APA-ya istinadən bildirir ki, bu gün beynəlxalq standartlara cavab verən magistral yollarımız Avropa ölkələrinin yollarından geri qalmır. Amma təbii ki, genişmiqyaslı istənilən iş prosesi müəyyən çətinliklər də yaradır.
İndiyədək yol və körpü tikintisi, təmiri zamanı yaranan əsas problem insanların rahatlığı ilə bağlı idi. Daha dəqiq desək, tikinti prosesi yollarda sıxlıq, tıxac yaradır, sürücü və piyadalar müvəqqəti də olsa, çətinliklərlə üzləşirdilər. Artıq bu problem də həll olunur. Məsələn, Xırdalan dairəsi yaxınlığında yerləşən mövcud dəmir yolu körpüsünün söküntüsü işləri hərəkət intensivliyi, sakinlərin və sürücülərin rahatlığı baxımından gecə saatlarında aparılıb.
Milli.Az bildirir ki, AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəflinin sözlərinə görə, körpünün aşırım tirləri gecə ikən tam olaraq demontaj edilib: "Agentlik olaraq biz vətəndaşlarımızın rahat və təhlükəsiz şəkildə yol gedib-gəlməsi üçün, ümumilikdə sürücülərin rahatlığını nəzərə alaraq təmir-tikinti işlərini günün qeyri pik saatlarında və ya gecə saatlarında, yollarda hərəkət intensivliyinin azaldığı bir zamanda həyata keçiririk. Dəmir yolu körpüsünün bir hissəsinin, xüsusilə də aşırım hissəsinin söküntüsü axşam saatlarında baş tutub. Yaxın günlərdə isə dayaq hissələrinin söküntüsü aparılacaq".
Yeri gəlmişkən, hazırda ərazidə yeni tikiləcək körpünün də inşasına artıq başlanılıb. Belə ki, körpünün dayaqları dəmir-betondan inşa edilib. Oktyabr ayında təhvil verilməsi planlaşdırılan tağvari körpü xüsusi memarlıq üslubu ilə seçiləcək. Körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək.
Paytaxtda tikintisi aparılan daha bir yol ötürücüsü isə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində inşa edilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, Sulutəpə dairəsində günün pik saatlarında Şamaxı istiqamətindən gələn və əks istiqamətdə gedən avtomobillərin yolu dairədə kəsişir. Bu da günün müxtəlif saatlarında ərazidə ciddi tıxacların yaranmasına səbəb olur.
Günorta saatlarında əraziyə baş çəksək də, burada işlərin müvəqqəti dayandırıldığını müşahidə etdik. İş icraçılarından öyrəndik ki, gündüz saatlarında sözügedən ərazidə nəqliyyatın hərəkəti intensiv olduğundan, tikinti gecə saatlarında aparılır: "Tıxacı aradan qaldırmaq üçün ölkə başçısının tapşırığına uyğun olaraq həmin ərazidə yol qovşağı inşa olunur. Yol qovşağı iki yol ötürücüsündən ibarət olacaq. Artıq yol qovşağının dayaqları inşa olunub. Yaxın müddət ərzində aşırım hissəsinin inşasına start veriləcək. Yol ötürücülərindən birinin uzunluğu 80-90 metr olacaq. Digərinin isə 129 metr olması nəzərdə tutulur. Körpülərdən biri Biləcəri-Binəqədi istiqamətində gələn nəqliyyat vasitələrinin şəhər istiqamətinə ötürülməsi, digəri isə Şamaxı və Şamaxı istiqamətində yerləşən qəsəbələrimizdən gələn avtomaşınların dairəyə daxil olmadan şəhər istiqamətində hərəkətini təmin edəcək. Körpünün inşası qısa müddət ərzində agentlik tərəfindən təmin ediləcək".
Vətəndaşlar üçün daha bir problem yol və körpülərdəki işlərin bəzən xəbərdarlıq edilmədən başlanmasıdır. Artıq bu problem də aradan qalxıb. Nəqliyyatın hərəkətini qismən və ya tam məhdudlaşdıracaq istənilən tikinti-təmir işi barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əvvəlcədən mətbuat və sosial media vasitəsi ilə məlumat verilir, vətəndaşlara xəbərdarlıq edilir: "Hazırda Mərdəkan-Zuğulba-Bilgəh avtomobil yolu üzərində müasir görünüşü ilə seçilən yeni bir yerüstü piyada keçidinin inşası həyata keçirilir. Körpünün uzunluğu 180 metr təşkil edir. Burada fiziki məhdudiyyətli, ahıl insanların, uşaq arabaları ilə hərəkət edən anaların həmin keçiddən istifadəsi üçün xüsusi maililiyi ilə seçilən panduslar yaradılıb. Artıq işıqlandırma sistemi qurulub".
Qeyd edək ki, son 7 ayda AAYDA tərəfindən 3 piyada keçidi, 2 avtomobil tuneli, 5 körpü tikilərək istifadəyə verilib. Ümumilikdə 350 km avtomobil yolu və küçə yenidən qurulub və təmir edilib. Bunlardan 48 km uzunluğunda yenidən qurulan və təmir edilən küçələr Bakının payına düşür. 2020-ci ilin sonuna qədər 1000 km avtomobil yolunun yenidən qurulması və təmir edilməsi gözlənilir.
Milli.Az

/news.milli.az

İqtisadiyyat       Tarix: 05 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda sou xeberler son xeber 2026 son xeberler bugun