Bakıya "akademik cavab" sevdasına düşən erməni və fransız "alimlər" rəzil oldular - FOTO

Bakıya Ermənilərin bəşər tarixinə hər hansı bir irs qoyması, ümumiyyətlə bu xalqın iyrənc "ideal"larının hansısa bir irs formalaşdıra bilməsi möcüzə sayılmalıdır. Ancaq hər şeydə istisna olduğu kimi dünya tarixindəki erməni irsində də istisna, əlbəttə ki, var. Erməni riyakarlığı – özündə sonsuz mənfur xislətləri cəmləşdirən və bəşəriyyətin bəlasına çevrilmiş bir erməni irsidir.
Bu irsi isə gələcək nəsillərə yadigar qoymaq əvəzinə tarixin səhifələri arasında söküb-çıxarıb, layiq olduğu zibil yeşiyinə atmaq gərəkdir. Ancaq ermənilər belə düşünmür, ermənilərin ruhuna hopan bu iyrənc xislət bu gün də ölmür, bütün çirkinliyi ilə qarşımıza çıxır.
İrsdən danışmışkən, ermənilər Qarabağda da hansısa müəmmalı, bir o qədər də mücərrəd irsə sahib olduqlarını deyirlər. Hətta bu günlərdə bu "irsi" qorumaq üçün bir platforma da yaradıblar. Bir qədər də irəli gedib, bu "möhtəşəm" layihəni "Bakıya akademik cavab" kimi bəh-bəhlə tirajlayıblar.
Ancaq hansı irsdən söhbət gedir, bunu yəqin ki, dünyada erməni "alimlər"indən başqa heç kim bilə bilməz. Bu zavallı insan qrupunun təxəyyülündə canlandırdığı erməni xalqının imkanlarını onların özlərindən başqa heç kim xəyalına belə gətirə bilməz. Dünyada olan-olmayan hər şeyi öz adına çıxan, Qafqazdakı, Yaxın Şərqdəki şəhərlərin "əsasını qoyan", hətta Kiyev şəhərinin belə təməlini atdığını iddia edən ermənilərin nə mədəniyyət, nə milli mətbəx, nə də elm sahəsində bir irs yaratdığını da söyləmək olmaz. Hər halda o qədər fərasətsizdirlər ki, hətta öz adlarına çıxdıqları anlayışlarda belə oğurluq etdiyi xalqın qoyduğu adlardan istifadə edirlər. Elə "erməni dolması", "erməni lavaşı", "paxlavası" kimi çox sadə oğurluqları belə hər şeyi ortaya qoyur. Ortaya çıxıb "dolma bizimdir" deyib şüvənlik qoparan ermənilər çox olsa da, içlərində bir nəfər belə "dolma" erməni dilində nədir, bu adın ermənilərə aidiyyəti nədir deyə bilmir, deyə də bilməz, desə erməni olmaz axı.
Amma bu sualı təkcə mətbəxə aid etmək, erməni riyakarlığına layiq olduğu dəyərin verilməməsi anlamına gələr. Ermənilərin hətta adları, soyadları, musiqiləri, adət-ənənələri belə oğurluqdur.
Qayıdaq əsas məsələ olan erməni və fransız "alimlərin" bir araya toplandığı cahillik dəryası – Qarabağda erməni irsinin qorunması platformasına...
Maraq üçün platformanın internet resursuna daxil olub, bir az göz gəzdirdik. Ermənilər azərbaycanlılar tərəfindən onların "mədəniyyət izlərinin" Qarabağdan silinməyə çalışıldığını söyləsələr də, əslində bu iddianı müdafiə üçün yaratdıqları platforma belə onların əsl simasının ifşası baxımından çox gözəl informasiyalarla doludur.
Məsələn, Qarabağdakı tarixi abidələrin fotoları... Bu abidələrin hər birinin Azərbaycan mədəniyyətinə, onun xristian əhalisinə, albanlara aid olması faktını inkar edə biləcək heç bir tarixi əsas mövcud deyil. Ermənilərin istinad etdikləri resursların hər birinin arxasında isə bu və ya digər şəkildə çox qısa araşdırma apardıqdan sonra hansısa Karenin və Aşotun dayandığını anlamaq da çətin deyil. Yəni, bu xalqın tarixlə bağlı istinadları da elə öz qondarma "tarixçi"lərinə, "alim"lərinədir.
Saytda nəzərə çarpan bir həqiqət isə ermənilərin dünya tarixinin ən mahir yalançıları olması ilə bərabər, həm də ən axmaq yalançıları olduqlarını da göstərir. Azərbaycanın uzun illər işğal altında saxlanılmış torpaqlarında "erməni irsi"ni göstərən xəritədə bir çox abidənin fotoları əksini tapıb. Daha doğrusu abidələrin qalıqlarının, xarabalığa çevrilmiş tarixin təsvirləri... Bu zaman haqlı olaraq sual yaranır, Azərbaycan bu ərazilərə nəzarəti 30 ildən sonra bərpa edib. 30 ildir heç bir azərbaycanlı fotoqrafın ayağının həmin torpaqlara dəymədiyini nəzərə alsaq, həmin fotoların müəllifləri də ermənilərdir. Ancaq maraqlısı burasındadır ki, ermənilərin özlərinin çəkdiyi tarixi abidələr xarabalıq halındadır. Yəni bu abidələrin kimə məxsus olması məsələsi qalsın bir kənara, elə ermənilərin nəzarətində olarkən bu abidələr xarabalığa çevrilib. Əgər bu abidələr erməni xalqının "irsi"nin bir parçası idisə, nəyə görə bir çoxu xarabalığa çevrilib? Ermənilərin Qarabağda hansısa irsi vardısa, nəyə görə onu qorumaq əvəzinə, öz əlləri ilə məhv ediblər?
Bakıya Bakıya Cavab lap əvvəldə qeyd etdiyimiz erməni riyakarlığının dərinliklərində gizlənib. Onlar həmin abidələrin tarixini və əsl sahiblərini çox gözəl biliblər və ona görə də ortada xarabalıqdan başqa bir şey qalmasına izn verməyiblər. Həm də, ətrafındakı bütün şəhər və kəndlərin, sivilizasiyaya dair hər şeyin məhv edildiyi məkanda erməni vandalizmi hansısa abidənin hayındamı olub ki? Axı bir şəhəri, qəsəbəni məhv edib, ortada bütün koloriti və tarixi çalarları özündə ehtiva edən bir abidəni saxlamaq erməni vəhşiliyinə yaraşardımı?
Bakıya Göründüyü kimi, ermənilər hətta bir fikri müdafiə üçün yaratdıqları sərsəm bir platformada belə öz axmaqlıqlarını ortaya qoya biləcək qədər cahil bir xalqdır. Əgər iddia olunursa ki, bu abidələr təhlükə altındadır, o zaman nəyə görə elə sizin işğalınız illərindəki xarabalıq təsvirlərindən istifadə edirsiniz? Gülünc olsa da, erməni riyakarlığının gözləri qarşısında yaratdığı tor, şüurlarını zəhərləyən şovinizm və iyrənc ehtirasları erməniləri o qədər kor edir ki, hətta ən adi həqiqətləri belə görə bilmirlər.
Ancaq biz görürük, ona görə də, ermənilərin "akademik cavabı"na elə onların özlərinin ortaya qoyduğu "işlə" cavab verməyi daha məqsədəuyğun hesab etdik.
Bakıya Bakıya Tarixi yazmaqdansa, onu silməkdə daha mahir olan fransız alimlərlə əlbir olmaları isə ikrah doğuran başqa məqamdır. Qətliam, soyqırımlarla dolu tarixi silərək "demokratiya carçısı" Fransa tarixini yazan həmin tarixçilərdən də obyektivlik və "akademik məsuliyyət" gözləmək sadəlövhlükdür.
Sözsüz ki, ortada erməni vandalizmindən xilas olmuş, erməni təbliğatının çirkin planları üçün toxunulmayan abidələr də var. Ancaq onların da tarixi, regiona gəlmə ermənilərə yox, azərbaycanlılara aid olması faktı danılmaz həqiqətdir. Bundan əlavə Azərbaycan dövlətinin həmin abidələrin qorunması üçün artıq işğala son qoyulan andan atdığı əməli addımlar da göz qarşısındadır.
Əgər ermənilər hansısa akademik bir cavab üzərində səylə çalışıb ortaya bir nəticə çıxarmaqda qərarlı olsalar, çox güman ki, dəhşətli bir məqamla üz-üzə gələcəklər. Bu ali həqiqət – ermənilərin Qafqazda heç bir irsinin olmaması, qondarma tarixlərinin saxtakarlıqla inşasıdır. Qeyd etdiyimiz məqam isə çətin ki, ermənilərə sərf etsin. Odur ki, onlar öz riyakarlıq irsini ortaya qoysun, biz də onların ifşasını böyük məmnuniyyətlə ortaya qoya bilərik... Üstəlik çox zaman bunun üçün əziyyət çəkməyə də ehtiyac qalmır, onlar özləri özlərini çox məharətlə ifşa edirlər. 
Bəşər mədəniyyətinə düşmən, cani, faşist Qaregin Njdeyə heykəl qoyan, Dro, Andronik kimi terrorçu cəlladları qəhrəman bilən bir xalqın taleyi də ancaq belə ola bilərdi... Rəzillik və əksini iddia etməyə çalışarkən iç üzünü ortaya qoymaq...

Sosial       Tarix: 11 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


azerbaycan xeberleri yeni xeberler son xeberler son xabarlar en son xeberleri sonxəbərlər son xeber.az