"Baku TV" "NETTY 2021"in qaliblərindən biri oldu - FOTO
"Baku TV" "NETTY 2021"in qaliblərindən biri oldu - FOTO
Bu il 16-cısı keçirilən "NETTY 2021" Azərbaycanın Milli internet-mükafatları sahiblərinə təqdim edilib.
Oxu.Az xəbər verir ki, bu il Virtual Münsiflər Heyətinin və Ekspert Şurasının səsvermə nəticələrinə görə mükafatın nominantı olmuş saytlar, səhifələr və proqramlar seçilib.
Daxili səsvermə əsasında Akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalibi müəyyən edib.
Səhiyyə, İdman və Turizm nominasiyası üzrə "sağlamaile.az", "Fly baku", "Azeri Home Chef";
Mədəniyyət, İncəsənət və Yaradıcılıq nominasiyası üzrə "CırtdanPro", "AzKataloq";
İnformasiya və Xəbərlər nominasiyası üzrə "Baku TV", "Rəqəmsal Azərbaycan radio verilişi";
Elm, Təhsil və İnnovasiyalar üzrə "İktlab.edu.az", "E-cədvəl", "Fili ilə öyrən";
Biznes və Maliyyə nominasiyası üzrə "Wedo.az", "UBank Mobil Tətbiqi", "Maxi.az Facebook səhifəsi", qalib seçiliblər.
Virtual Münsiflər Heyətinin qalibi isə "Storynumber10" sosial şəbəkəsi olub.
Dövlət və Cəmiyyət nominasiyasının veb-sayt üzrə "Azerbaijan Expo 2020 Dubai", mobil tətbiq üzrə "Smart Customs", sosial şəbəkə üzrə "Elektron hökümət portalı Facebook səhifəsi" qalib olublar. Qaliblərə mükafatlarını isə Elmir Vəlizadə təqdim edib.
E.Vəlizadə qalibləri təbrik edib, iştirakçılara isə gələcək layihələrdə uğurlar arzulayıb.
"Netty" "Ən yaxşı ekspert" kimi əvvəllər layihə iştirakçısı, bu gün isə artıq ekspert qismində çıxış edən Mahir Mədətov seçilib.
Layihənin informasiya tərəfdaşları "Каспий" qəzeti, Oxu.Az, Media.az, İctimai TV, "Infocity" jurnalıdır.














FOTO: Tapdıq Abdullayev
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü