Balasanyandan etiraf: "Qərb bizi ikinci Ukraynaya çevirmək, Rusiyanı isə qovmaq istəyir"

Balasanyandan etiraf: Ermənistanda parlament seçkilərinə cəmi 3 gün qalmış ölkənin gələcək xarici siyasi vektoru ilə bağlı gərginlik pik həddə çatıb. Nikol Paşinyanın rəhbərlik etdiyi mövcud hakimiyyət ölkəni Avropa İttifaqına doğru çəkdiyi halda, Robert Köçəryan və Samvel Karapetyanın rəhbərlik etdiyi müxalifət bu strategiyanı kəskin tənqid edir. Siyasi elitanın mübarizəsi fonunda isə sıravi xalq iqtisadi çətinliklərlə — məhsul satışı problemi, qazın bahalaşması və elektrik enerjisi qıtlığı təhlükəsi ilə üz-üzədir.
KONKRET.azxəbər verir ki, erməni politoloq, Avrasiya inteqrasiyası və Cənubi Qafqaz üzrə mütəxəssis Qriqor Balasanyan Rusiyası ilə qırılan əlaqələri və cəmiyyətdəki ab-havanı şərh edib:
"Qərbin əsas vəzifəsi Rusiyanı regiondan çıxarmaqdır və bunun üçün hər şey edilir. Onlar həmçinin Rusiyanın regiondakı siyasətində yol verdiyi səhvlərdən də məharətlə istifadə edirlər. Xalq ümumilikdə hakimiyyətin bu siyasətini bəyənmir, lakin Rusiya ilə bağlı da Moskvadan cavab tələb edən xeyli suallar var".
Ekspertin sözlərinə görə, hazırda Rusiyada yaşayan minlərlə Ermənistan vətəndaşı avrointeqrasiyanın əleyhinə səs vermək üçün vətənə qayıdır. Lakin analitiklər hesab edir ki, Avropaya sərf etməyən namizədlər qalib gəlsə belə, Rumıniyada olduğu kimi seçkilərin nəticələri ləğv edilə bilər. Balasanyan Ermənistanın Ukrayna və ya Suriyanın taleyini yaşaya biləcəyindən qorxduğunu vurğulayıb: "Hər kəs başa düşür ki, Aİ-nin bu siyasətinin sonu xeyirlə bitməyəcək".
Politoloq iki ölkə arasındakı gərginliyə görə həm də rusiyalı məmurların diplomatik səhlənkarlığını ittiham edib:
"Mənim fikrimcə, hər iki tərəf günahkardır. Lakin ilk növbədə, təbii ki, nüvə dövləti olan Rusiya məsuliyyət daşıyır. Siyasət onun statusuna uyğun olmalıdır. Elitalarla deyil, birbaşa xalqla işləmək lazımdır. Mən əminəm ki, ilk növbədə Kremlin bürclərində oturan məmurlar günahkardır. Onlar təxminən 30 il ərzində Ermənistan istiqamətini kurasiya edib eyni adamlarla — dırnaqarası ekspertlərlə işlədilər və həmişə yuxarıya hər şeyin ideal olduğu barədə hesabat verdilər. İndi həmin adamlar Rusiya səfiri ilə görüşəndə yenə eyni şeyi təkrarlayırlar ki, guya Nikol pis deyil, sadəcə beynəlxalq vəziyyət fərqlidir və o, manevr etmək məcburiyyətindədir".
Sonda politoloq qeyd edib ki, həm ruslar, həm də ermənilər münasibətlərin bərpasının vacibliyini anlayırlar, çünki Ermənistanın Qərbə tərəf dönməsi yalnız Qərbin özünə sərf edir.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Siyasi       Tarix: 04 iyun 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 muharibe futbol xeberleri iqtisadiyyat xeberleri bugun xeberler bu gun