Balaxanıda tullantı emalı və xidmət müəssisələrinin yaradılmasına başlanılır

Balaxanıda tullantı emalı və xidmət müəssisələrinin yaradılmasına başlanılırBalaxanıda tullantı emalı və xidmət müəssisələrinin yaradılmasına başlanılır
Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin imzaladığı Balaxanıda tullantı emalı və xidmət müəssisələrinin yaradılması barədə sərəncamının icrası ilə bağlı sərəncam imzalayıb.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Sənədə əsasən, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında" Prezidentin Sərəncamına uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməlidirlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.
Bu sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, Prezidentin sözügedən sərəncamına əsasən, Balaxanı Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, yaşıl biznesin inkişafına kömək edən ərazidir.
Resurslardan davamlı və səmərəli istifadəni təmin etmək və tullantıları minimuma endirmək məqsədilə Balaxanı Sənaye Parkının ərazisində istehsal müəssisələri, eləcə də tullantıların emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılır. /oxu.az

Sosial       Tarix: 27 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu

Bu gün ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə İdman istiqamətinə aid qabiliyyət imtahanında bir nəfər başqasının yerinə imtahana daxil olmağa cəhd edib. . xəbər verir ki,  bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məluma

Bunlar saç tökülməsini artırır - Həkim səbəbləri açıqladı

Son illərdə saç tökülməsi ilə bağlı şikayətlərin artması təsadüfi deyil. Mütəxəssislər bildirirlər ki, bu problemin geniş yayılmasının əsas səbəbi bir neçə mənfi amilin eyni vaxtda orqanizmə təsir göstərməsidir. Dermatoloq-trixoloq

Pirşağıda dənizdə batan qadın müəllim imiş

Dünən saat 17 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində dənizdə batan qadın müəllim imiş. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dənizdə boğularaq ölən Zabrat qəsəbə sakini 1984-cü il təvəllüdlü Raisə Şükü

Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti dünya bazarında 1 dollardan çox artıb. KONKRET.azxəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisəd

Bakıdan Avropanın bu şəhərinə birbaşa uçuşlar başlayır - Cəmi 43 dollara

"Wizz Air" Bakıdan Slovakiyanın paytaxtı Bratislavaya birbaşa uçuşlara başlayır. -un Operativ Media-ya istinadən məlumatına görə, yeni istiqamət üzrə birbaşa reyslər cari ilin oktyabr ayından etibarən həyata keçirilməy

Yayda hansı qidalar daha təhlükəlidir? - Ekspertlərdən vacib xəbərdarlıq

"İstənilən qida məhsulu fermer təsərrüfatından istehlakçıya çatana qədər "soyuq zəncir" prinsipi ilə daşınmalı və saxlanmalıdır. Bu prinsip pozulduqda qida artıq çirklənmiş və təhlükəli hesab olunur. Azərbayca

Meteohəssas insanların nəzərinə

İyulun 5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

AMB rəsmi valyuta məzənnələrini açıqladı

Azərbaycan Mərkəzi Bankı (AMB) 29 iyun tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,9362 manat

Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?

ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən görüntülər apa.az xeberler az xeber en son xeberleri