Baltik Assambleyasının komitə iclası keçirildi - FOTO
Baltik Assambleyasının komitə iclası keçirildi - FOTO
Martın 26-da Baltik Assambleyasının Təhsil, elm və mədəniyyət komitəsinin videokonfrans formatında iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İclasda Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev iştirak edib.
Tədbirdə "Baltik dövlətlərinin təhsil və elm sahəsində strateji tərəfdaşlığı" (COVİD-19 pandemiyasının təsiri, əməkdaşlığın genişləndirilməsi imkanları), "COVİD-19 pandemiyası dövründə və ondan sonra məşğulluq və əmək bazarı: Baltik ölkələrində yeni çağırışlar dönəmində təhsilin gələcəyi" mövzularında müzakirələr aparılıb.
Milli Məclisin deputatı Elnur Allahverdiyev müzakirə olunan məsələlərlə bağlı çıxış edib, pandemiya ilə bağlı Azərbaycanda mövcud vəziyyət barədə tədbir iştirakçılarını məlumatlandırıb. Deputat ötən ilin mart ayından Azərbaycanda COVİD-19 pandemiyasının iqtisadi təsirlərinin aradan qaldırılması üçün hökumətin həyata keçirdiyi işlər, iqtisadi artıma, məşğulluğa və sahibkarlara dövlət dəstəyi tədbirləri barədə məlumat verib. Bildirib ki, koronavirus pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar Azərbaycan parlamenti qanunvericilikdə müvafiq dəyişikliklər edib.
Sonra onlayn iclasda digər ölkələrin iştirakçıları da pandemiya dövründə ölkələrində görülmüş tədbirlər barədə məlumat veriblər, bu sahədə öz təcrübələrini bölüşüblər.



Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına