BAMF prezident seçkilərində 50 nəfərlik müşahidəçi heyəti ilə təmsil olunacaq
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Himayəçilik Şurasının 2024-cü ildə ilk iclası keçirilib. İclasda ötən ilin hesabatı dinlənilib və cari il üçün fəaliyyət planı müzakirə olunub. Həmçinin müzakirələr nəticəsində fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində BAMF-ın 50 nəfər müşahidəçi heyəti ilə təmsil olunması barədə qərar qəbul olunub.
Bu barədə AZXEBER,COM-a BAMF-dan məlumat verilib.
Daha öncə - 2008 və 2013-cü illərdə seçki koalisiyalarının yaradılmasında birbaşa iştirak edən BAMF digər illərdə keçirilən seçkilərdə də aktiv fəaliyyəti ilə seçilib. Builki seçkilərdə də öz zəngin seçki təcrübəsi və kadr bazası ilə təmsil olunacaq BAMF-ın müşahidəçi komandası obyektiv və operativ fəaliyyəti ilə ölkə üçün əlamətdar olan həmin seçkilərdə öz töhfəsini verməyə çalışacaq. Seçkilərə qədər müəyyən olunmuş 50 nəfər müşahidəçiyə peşəkar seçki texnoloqu tərəfindən təlimlər keçiriləcək. Həmçinin seçki gününə qədər bir sıra tədbirlərin və maarifləndirici görüşlərin keçirilməsi də nəzərdə tutulub. Həmin dövr ərzində təşkilat tərəfindən mütəmadi olaraq hazırlıq prosesi və yenilənən bəzi vacib məlumatlar ictimaiyyətlə paylaşılacaq. Bununla yanaşı, Himayəçilik Şurasının iclasında BAMF prezidenti Umud Mirzəyev seçki günü müşahidəçilik fəaliyyətinin vahid bir mərkəzdən koordinasiya olunacağını, mütəmadi olaraq obyektiv məlumatların paylaşılacağını və seçki ilə bağlı yekun hesabatın hazırlanacağını qeyd edib.
Təşkilat 18 fərqli şəhər (rayon) olmaqla 25 dairədə öz müşahidəçilik missiyasını yerinə yetirməyə çalışacaq. Burada paytaxt Bakı ilə yanaşı Xankəndi, Şuşa, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Tərtər, Bərdə, Goranboy, Naftalan, Gəncə, Samux, Beyləqan, Kürdəmir, Hacıqabul, Xırdalan və Sumqayıt kimi böyük şəhərlər də var.



/ azxeber.com
Xidmetler [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi