Bank kartlarına məhdudiyyətlə bağlı rəsmi açıqlama

Bank kartlarına məhdudiyyətlə bağlı rəsmi açıqlamaAzərbaycan Banklar Assosiasiyası (ABA) son günlər ödəniş kartlarının və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən riskəsaslı yanaşma ilə bağlı açıqlama yayıb.
azxeber.com ABA-ya istinadla xəbər verir ki, mövcud yanaşmaya əsasən, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, habelə depozit hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bank tərəfindən təqdim edilən hər bir ödəniş kartı məhsulu üzrə milli valyutada 1 ödəniş kartı, hər bir xarici valyuta üzrə isə 1 ödəniş kartı nəzərdə tutulur.
Bu o deməkdir ki, bankın təqdim etdiyi ayrı-ayrı kart məhsullarının hər biri üzrə müştəri ayrıca ödəniş kartı əldə edə bilər. Xarici valyutada da eyni yanaşma tətbiq edilir.
Elektron pula bağlı ödəniş hesabları üzrə isə baza yanaşması olaraq milli valyutada 2 ödəniş hesabı, hər bir xarici valyuta üzrə isə 1 ödəniş hesabı nəzərdə tutulur.
Qeyd olunan limitlər baza xarakterli olub, riskəsaslı yanaşma çərçivəsində tətbiq edilir və qəti xarakter daşımır. Ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş kartı və ya elektron pula bağlı ödəniş hesabının istifadə məqsədi barədə ağlabatan izahat təqdim edildiyi, həyata keçirilən əməliyyatların təşkilatda ödəniş xidməti istifadəçisi barədə mövcud məlumatlarla uyğunluq təşkil etdiyi, habelə qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandığı hallarda, bank və ya elektron pul təşkilatı tərəfindən konkret ödəniş xidməti istifadəçisi üzrə həmin limitlərin artırılması mümkündür.
Beləliklə, bu yanaşmanın əsas məqsədi ödəniş xidməti istifadəçilərinin ehtiyaclarını məhdudlaşdırmaq deyil, risklərin daha effektiv idarə olunmasını təmin etməklə yanaşı, təhlükəsiz, dayanıqlı və sağlam ödəniş ekosisteminin formalaşdırılmasına töhfə verməkdir.

Sosial       Tarix: 24 sentyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabirabadda ağır qəza: Ölən və yaralanan var - TƏFƏRRÜAT

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub. -ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi b

Neft həftəni bu qiymətlə başladı

Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir. xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 101,64 dollara, yüngül neftin bir barreli isə 98,11 dollara təklif edilir

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ: Növbəti mərhələ başlayır

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı mərhələsinə başlanılır. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, iş yerini qarşılıql

"Bir az dadım, görüm xarabdırmı?" – Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ

Son günlər evdə hazırlanan və konservləşdirilən qida məhsullarınınsatışını həyata keçirən şəxslərdən sertifikat tələb olunacağı ilə bağlı müxtəlifiddialar yayılıb. Qeyd edək ki, məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyini

Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi

Rusiya, Qazaxıstan, Azərbaycan, İran və Türkmənistandan ibarət Xəzəryanı dövlətlər Xəzər dənizinin su bioresurslarına dair ortaq məlumat bazası yarada bilərlər. Bu barədə Rusiya Balıqçılıq Agentliyi (Rosrıbolovstvo) məluma

Təcili: Azərbaycanda dizel bahalaşacaq? – Deputatdan AÇIQLAMA

Yaxın Şərqdə davam edən gərginlik və Rusiya-Ukrayna müharibəsinin uzanması qlobal enerji bazarında təchizatla bağlı riskləri artırıb. Bu fonda dizel yanacağına tələbatın yüksəlməsi və qiymətlərin bahalaşması diqqət çəkir

"Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur

"Ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün bizə təqdim ediləcək. Proqramın hazırlanması üçün mən bir müddət bundan əvvəl - apreli

Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?

Dünya bazarında buğdanın qiyməti kəskin bahalaşıb. Buna səbəb iyul ayından etibarən gəmilərə və liman infrastrukturuna hücumlar nəticəsində Qara dəniz regionundan yük daşımalarının demək olar ki, dayanmasıdır. İqtisadçı Emi

Kartdan-karta ödənişlərə qarşı təklif - "Bütün mağazalarda kamera olmalıdır

Kartla ödənişlərə tətbiq olunan yeni limitlərə baxmayaraq, bəzi obyektlərdə kartdan-karta ödəniş üsulundan istifadə hələ də davam edir. Belə hallarda bəzi şəxslər bir neçə bank kartından yararlanır, digərləri isə ödənişlər


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər az xeberlər ən son xəbər cəbhədən son məlumatlar