Bank kartlarının onlayn sifarişi zamanı hansı problemlər və niyə yaranır? - AÇIQLAMA

Bank kartlarının onlayn sifarişi zamanı hansı problemlər və niyə yaranır? - AÇIQLAMATexnologiyanın inkişafı bütün məsələləri onlayn qaydada həll etmək imkanı yaradır. Bu imkanlar ən çox da bank sektoruna aid edilir. Nağdsız ödənişlərin artdığı bir dövrdə bank kartlarından istifadə ölkəmizdə də geniş yayılıb. Buna görə də banklar kart sifarişini  günü-gündən sadələşdirir. Belə ki, əksər banklar müştərilərinə onlayn qaydada kart sifariş etmək imkanı yaradıb. Lakin bəzən müştərilər kart sifarişi zamanı müəyyən çətinliklərlə rastlaşır. Məsələn vətəndaşlar Rabitəbankdan onlayn qaydada "Kartmane" sifariş etsələr də, müəyyən müddətdən sonra  bankdan onlarla əlaqə saxlanılmadığını və kartlarının hazır olub-olmadığı haqda heç bir məlumat verilmədiyini bildirirlər.  Bəs bu cür hallar niyə yaşanır?
Mövzu ilə bağlı ilk olaraq "Rabitəbank"la əlaqə saxladıq. Bankın Kəmalə adlı əməkdaşı bildirdi ki, müəyyən filiallar var ki, onları seçərkən müştəriyə geri dönüş olunmur:
"Onlayn sifariş zamanı mobil nömrə qeyd olunur. Müəyyən filiallar var ki, həmin filialları seçərkən müştəriyə geri dönüş edilmir. Lakin sifariş birbaşa aidiyyəti filiala yönəldilir. Kart hazır olduqda bankdan müştəriyə sms göndərilir. Əgər sms gəlmirsə yüksək ehtimalla həmin sifariş banka daxil olmayıb. Belə olan təqdirdə müştərinin müraciəti əsasında mobil nömrə və müştərinin şəxsiyyət vəsiqəsinin FİN kodu ilə yoxlayırıq. Problem araşdırılır və məsələ həll olunur".
Maliyyə məsələləri üzrə ekspert Cəfər İbrahimli isə bildirib ki, banklar həmin kartı dərhal hazırlaya bilir:
Bank kartlarının onlayn sifarişi zamanı hansı problemlər və niyə yaranır? - AÇIQLAMA"Kimsə kart almaq üçün ilk dəfə banka müraciət edirsə o bankın yeni müştərisi olur. İndiki dövrdə ASAN imza ilə sənədlər təsdiq edilir. Sifariş qəbul edildikdən sonra kartın hazırlanması bank üçün ciddi problem deyil. Banklar həmin kartı dərhal hazırlaya bilir. Problem varsa müştəri bankla əlaqə saxlamalıdır. Şəxsiyyət vəsiqəsi, bank hesabının açılması ilə bağlı müqavilə imzalı şəkildə banka  təqdim olunmalıdır. Bu sənədlər hazır olduqdan sonra ciddi məsələ qalmır. Onlayn müraciət zamanı bəzən yanlışlıq qeydə alınır. Bu, işçinin xətası da ola bilir. Yaxud da problem müəyyən texniki səbəbdən də yaranır. Bank sifarişi görmədiyi üçün məlumatı təsdiq edə bilmir. Belə olan hallarda müştəri xidməti ilə əlaqə saxlayıb müvafiq dəqiqləşdirmə aparmalıdır. Bəzən sifarişlər spama düşür və görünmür".
Şəbnəm Mehdizadə, 
KONKRET.az

Sosial       Tarix: 15 aprel 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun son xeberler bugun 2026 azerbaycan cebheden xeberler en son xeber