"Bank müqavilələrinin müşayiəti" mövzusunda işgüzar görüş keçirilib - FOTO
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və "Qazprombank"ın təşkilatçılığı ilə videokonfrans formatında keçirilən görüşdə bank sektorunun, eləcə də sənaye, kənd təsərrüfatı, sığorta, logistika və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.
Milli.Az Trend-ə istinadən bildirir ki, görüşdə AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev dövlət başçısının sosial-iqtisadi inkişaf kursuna uyğun olaraq, Azərbaycanda qeyri-neft ixracının artırılması istiqamətində həyata keçirilən islahatlar, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların cəlb edilməsinin təşviqi istiqamətində görülən işlər, rəhbərlik etdiyi qurum tərəfindən reallaşdırılan tədbirlər barədə məlumat verib.
Koronovirus (COVİD-19) pandemiyasının iqtisadiyyata mənfi təsirlərindən bəhs edən Yusif Abdullayev ölkəmizdə insanların sağlamlığının qorunması ilə yanaşı, pandemiyanın iqtisadiyyata təsirlərinin minimuma endirilməsi, o cümlədən xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində sistemli tədbirlərin həyata keçirildiyini qeyd edib.
Pandemiya şəraitində keçirilən videokonfransın tərəfdaşlığın gücləndirilməsində əhəmiyyətini qeyd edən "Qazprombank"ın birinci vitse-prezidenti Denis Kamışev "Bank müqavilələrinin müşayiəti" layihəsi barədə məlumat verib. Qeyd edilib ki, "Bank müqavilələrinin müşayiəti" mexanizmi hər hansı layihənin həyata keçirilməsi üçün ayrılmış vəsaitin məqsədli xərclənməsinə nəzarətin təmin edilməsi üçün "Qazprombank" tərəfindən yaradılmış innovativ məhsuldur.
Tədbirdə "Bank müqavilələrin müşayiəti" layihəsinə dair videoçarx nümayiş olunub, layihə ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Milli.Az /news.milli.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar