"Bank of Baku" etimadı itirir - Ötən illə müqayisədə 6 milyon azalma

"Bank of Baku" ASC 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 11 milyon 9 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 17 milyon 44 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması, Bankın əvvəlki dövrlərdə ehtimal olunan mümkün zərərlər üçün yaratdığıehtiyatdan azad olan məbləğin azalması ilə əlaqədardır. İlk 6 ayda "Bank of Baku"nun kredit portfeli, faiz gəlirləri, qeyri-faiz gəlirləri artıb.
GƏLİRLƏRİ ARTIB
KONKRET.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Bank of Baku"nun faiz gəlirləri 11 milyon 701 min manat və ya 19% artaraq 72 milyon 873 min manat, qeyri-faiz gəlirləri isə 2 milyon 836 min manat və ya 54,7% artaraq 8 milyon 23 min manat təşkil edib.
"Bank of Baku"nun cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 14 milyon 537 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 17 milyon 56 min manat artıb. Bununla əlaqədar olaraq, ötən ilin ilk 6 ayında Bankın əməliyyat mənfəəti 16 milyon 236 min manat ikən, 2024-cü ilin eyni dövründə 13 milyon 717 min manat olub.
Eyni zamanda, 2024-cü ilin ilk 6 ayında mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 964 min manat mənfəətə əlavə olunub və vergidən əvvəlki mənfəəti 14 milyon 681 min manata yüksəlib. 2023-cü ilin ilk 6 ayında ehtiyatdan azad olan 7 milyon 322 min manat mənfəətə əlavə edilmiş və vergidən əvvəlki mənfəət 23 milyon 557 min manata yüksəlmişdi.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
İlk 6 ayda, ötən ilin sonu ilə müqayisədə "Bank of Baku" ASC-nin kredit portfeli (müştərilərə verilmiş kredit) 53 milyon 624 min manat və ya 7,5% artaraq 30 iyun 2024-cü il tarixində 712 milyon 668 min manata çatıb. Bankın cəmi aktivləri isə 80 milyon 201 min manat və ya 9,2% artaraq 951 milyon 91 min manata yüksəlib.
BANKDA ƏHALİNİN VƏ ŞİRKƏTLƏRİN PULU ARTIB
İlk 6 ayda, ötən ilin sonu ilə müqayisədə "Bank of Baku" ASC-nin depozit portfeli 64 milyon 564 min manat və ya 12,5% artaraq 580 milyon 332 min manata yüksəlib. İlk yarımildə həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin depozitləri artıb.
MƏCMU KAPİTALI 100 MİLYONDAN ÇOX OLAN BANKLARDAN BİRİ OLARAQ QALIR
30 iyun 2024-cü il tarixində "Bank of Baku" ASC 136 milyon 399 min manat məcmu kapitala malik olub. Bu məbləğ Mərkəzi Bankın kommersiya banklarına qarşı məcmu kapital tələbindən 2,7 dəfə çoxdur.//Tribunainfo.az

Sosial       Tarix: 13 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 futbol xeberleri cəbhədən görüntüleri en sonxeber