Bank Respublika 10 milyon manat məbləğində istiqraz buraxdı
16 dekabr tarixində Bakı Fond Birjasında "Bank Respublika" ASC-nin kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə "Açılış Zəngi" mərasimi keçirilmişdir.
Azxeber.com xəbər verir ki, hərrac zamanı Bank Respublikanın emissiya etdiyi istiqrazlara investorlar tərəfindən göstərilən böyük maraq müşahidə olunub və keçirilmiş hərracda tələb təklifi 30% üstələyərək 12 milyon 980 min manat təşkil etmişdir. Bu isə öz növbəsində Bankın şəffaf iş prinsipi o cümlədən bazarda qazandığı inam və etimadın göstəricisidir.
Hərrac zamanı investorlar öz sifarişlərini qarantiya etmək məqsədi ilə istiqrazın alışı üçün onun nominal qiymətindən yuxarı təkliflər də irəli sürmüşdürlər və nəticədə istiqrazlar üzrə orta ölçülmüş gəlirlilik 8,3 faiz təşkil etmişdir, istiqrazın orta ölçülmüş qiyməti isə 1000 AZN (kupon 8,5%) məbləğində müəyyən edilmişdir.
İstiqrazdan əldə olunan vəsaitlər ölkənin real sektorunun inkişafı və Bankın əsas fəaliyyəti ilə bağlı digər layihələrin maliyyələşdirilməsi istiqamətində istifadə ediləcək.
Bank Respublika 30 illik uğurlu fəaliyyəti ərzində müştərilərinin etimadını qazanaraq ölkə bankları arasında ilk beşlikdə möhkəmlənmişdir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.
Daha ətraflı məlumatı "Bank Respublika"nın rəsmi saytından, facebook səhifəsindən və yaxud 144 – Çağrı Mərkəzinə zəng edərək əldə etmək mümkündür.



Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR