Bank Respublika 2021-ci ildə biznesin bütün seqmentləri üzrə dinamik inkişaf göstərib

Bank Respublika 2021-ci ildə biznesin bütün seqmentləri üzrə dinamik inkişaf göstəribAzərbaycanın aparıcı maliyyə qurumlarından biri olan Bank Respublika 2021-ci ilin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb.
Azxeber.com xəbər verir ki, hesabata əsasən, Bank dinamik inkişaf etməyə davam edərək bütün maliyyə göstəriciləri üzrə ciddi artım nümayiş etdirib və bazardakı lider mövqelərini möhkəmləndirib.
1 yanvar 2022-ci il tarixinə bankın aktivləri 1,2 milyard manatdan çox olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, Bankın məcmu kapitalı 25% artaraq 104,48 milyon manat olmuş və minimum məcmu kapital normasını (50 mln. manat) 2 dəfədən çox üstələmişdir.
2021-ci illə müqayisədə Bankın xalis faiz mənffəti 25% artaraq 56,8 milyon manata, xalis mənfəəti isə 19,5 milyon manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfədən çox çoxdur.
12 ayın nəticələrinə əsasən Bankın kredit və depozit portfelləri əhəmiyyətli dərəcədə artım göstərib. Belə ki, ötən illə müqayisədə Bankın kredit portfeli 65% artmışdır və verilən kreditlərin əsas hissəsi həm Bank həm də Azərbaycan iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsinə yönəldilmişdir. Bankın depozit portfeli 16,2% artmışdır ki, bu da müştərilərin banka olan inamının yüksək olduğunu növbəti dəfə nümayiş etdirib.
Bundan başqa, Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 8,12%, məcmu kapitalın adekvatlıq əmsalı isə 13,66% təşkil edib ki, bu da normadan müvafiq olaraq 1,6 dəfə və 1,4 dəfə çoxdur.
"Bank, yüksək korporativ idarəetmə standartları və etibarlı risk idarəetmə sistemi sayəsində 2020-ci ildə risklərə qarşı yüksək dayanıqlılıq nümayiş etdirdi ki, bu da 2021-ci ildə həm kredit, həm də qeyri-kredit sahələrində əla maliyyə nəticələrinin əsasını təşkil etdi. Bankın bütün əməkdaşlarına peşəkarlıqlarına və səmərəli işlərinə görə, həmçinin tərəfdaşlarımıza və müştərilərimizə göstərdikləri dəstəyə və etimada görə təşəkkür edirəm. 2022-ci ildə biz innovativ məhsulların yaradılması və yeni rəqəmsal həllərin tətbiqi ilə real sektora xidmət sahəsində fəaliyyətimizi gücləndirməyi planlaşdırırıq" deyə "Bank Respublika"nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

İqtisadiyyat       Tarix: 27 yanvar 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az kriminal havanın temperaturu xabarlar