Bank Respublika Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin tərəfdaşıdır

Bank Respublika Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin tərəfdaşıdır31 avqust – 5 sentyabr tarixlərində Azərbaycan ilk dəfə olaraq dünyanın ən nüfuzlu texnologiya yarışlarından biri – Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu Dünya Finalına ev sahibliyi edəcək.
Ölkəmizdə rəqəmsallaşma proseslərinin genişlənməsinə daim dəstək verən "Bank Respublika" Azərbaycan Banklar Assosiasiyası çərçivəsində bu möhtəşəm tədbirin tərəfdaşları sırasında yer alır.
"Bank Respublika" bu mühüm qlobal tədbirdə tərəfdaşlıq etməklə ölkədə innovasiya və rəqəmsal transformasiya proseslərinin inkişafına verdiyi töhfəni bir daha təsdiqləyir. Bank uzun illərdir ki, gənclərin bilik və bacarıqlarının artırılması, rəqəmsal savadlılığın yüksəldilməsi və gələcəyin peşəkar kadrlarının formalaşdırılması istiqamətində layihələrə dəstək göstərir.
Bank Respublika-nın strateji prioritetlərindən biri də rəqəmsallaşma və innovasiya yönümlü təşəbbüslərə dəstək göstərməkdir. Bu gün Bankın müasir mobil tətbiqləri, onlayn xidmətləri və innovativ məhsulları minlərlə müştərinin gündəlik həyatını asanlaşdırır.
Müsabiqə "ICPC Foundation"-ın təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə "ICPC Azərbaycan" icmasının birgə əməkdaşlığı, Paşa Holdinqin dəstəyi ilə təşkil edilir. Dünya Finalında 70-dən çox ölkəni təmsil edən 140-a yaxın universitet komandası yarışacaq. Beş günlük müsabiqə çərçivəsində gənc proqramçılar problem həll etmə, komanda işi və proqramlaşdırma bacarıqlarını nümayiş etdirəcəklər.
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az / azxeber.com

İqtisadiyyat       Tarix: 02 sentyabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Nərimanovda mənzillər üçün yeni satış şərtləri - FAİZSİZ

Nərimanovda təməldən mənzillərin FAİZSİZkreditlə satışı davam edir!. Bakının Nərimanov rayonunda yerləşən CityGarden Narimanov yaşayış kompleksində yeni mərhələ üzrə mənzillərin təməldənsatışına başlanılıb. Alıcılar üçü

Azərbaycanın broyler müəssisəsi əmlak kompleksini satmaq istəyir

Dekabrın 14-də, saat 11:00-da "Şurabad Broyler" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 574-cü məhəllə ünvanınd

Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir

Azercell gənc qadınların informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişafına və gələcək karyera imkanlarının genişləndirilməsinə yönəlmiş "Uğur qızlarımızındır" təşəbbüsünü davam etdirir. Təşəbbü

Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-da

Sahil Babayev: 'Daha 35 dövlət müəssisəsinin III rüb üzrə maliyyə göstəriciləri təhlil edilir

Bu il Azərbaycanda dövlət müəssisələrinin maliyyə vəziyyətinin monitorinqi çərçivəsində I rüb üzrə 10, II rüb üzrə 22 müəssisənin maliyyə göstəricilərini əhatə edən hesabatlar hazırlanıb, hazırda daha 35 müəssisənin II rü

İCMA Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda təmsil olunub

5–6 noyabr tarixlərində Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə IV QHT Əməkdaşlıq Forumu keçirilib. "Şəhərsalma və Memarlıq İli"nə həsr olunan forumda ölkəni

Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir

Hərbçi müştərilərinə maliyyə ehtiyaclarını daha sərfəli şərtlərlə qarşılamaq imkanı yaradan Birbank xüsusi kredit kampaniyasına start verib. 12–30 noyabr tarixlərində davam edəcək kampaniya çərçivəsində hərbçilər 50 00 AZN-də

Gürcüstanın Azərbaycandan soğan idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 6,5 milyon ABŞ dolları dəyərində 26 min 423 ton soğan (təzə və ya soyudulmuş) idxal edib. -un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığ

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal xeber axsam.az xeberler meherremlik 2026 cəbhədən xəbərlər