"Bank Respublika"nın xalis faiz mənfəəti 24,5 milyon manata çatmışdır

Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2021-ci ilin birinci yarımilliyinə dair maliyyə göstəricilərini açıqlayıb.
Azxeber.com xəbər verir ki, hesabata əsasən, Bank bütün istiqamətlər üzrə dinamik inkişaf etməyə davam edərək Azərbaycanın bank xidmətləri bazarında lider mövqelərini möhkəmləndirib.
İlin birinci yarısının nəticələrinə əsasən, Bankın xalis faiz mənfəəti artaraq 24,5 milyon manata çatmışdır, xalis mənfəəti isə, ötən ilin eyni dövrü ilə müqayisədə 68%-dən çox artaraq 7,5 milyon manata olmuşdur.
Hesabata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə Bankın aktivləri 17% artaraq 1,2 milyard manat təşkil etmişdir ki, bu da Banka ölkənin aparıcı beş bankı sırasında yerini möhkəmləndirməsinə imkan vermişdir. Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, keçən ilin analoji dövrü ilə müqayisədə Bankın məcmu kapitalı 11% artaraq 93,5 milyon manat olmuş və minimum məcmu kapital normasını 87% üstələmişdir. Qeyd etmək lazımdır ki, Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 9,56%, məcmu kapitalın adekvatlıq əmsalı isə 14,37% təşkil edib ki, bu da normadan müvafiq olaraq 1,9 dəfə və 1,6 dəfə çoxdur.
"Ötən il biz, bütün dünya iqtisadiyyatı olduğu kimi ciddi çağırışlarla üzləşdik. Lakin, bizim biznes modelimizin dayanıqlığı, hökumətin böhrandan çıxmaq üçün atdığı səmərəli addımlar və komandamızın nizamlı işi bizə pandemiya dövrünü nəinki inamla keçməyimizə və müştərilərimizə dəstək verməyimizə, həm də bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirməyimizə imkan verdi. Əminik ki, 2021-ci ilin ikinci yarısında da Bank Respublika qəbul olunmuş strategiyaya uyğun olaraq dinamik inkişafına davam edəcəkdir." deyə "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebooksəhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

İqtisadiyyat       Tarix: 27 iyul 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler bu gun cəbhədən son görüntülər xəbər.az cəbhədən xəbər