Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA
Ölkəmizdə kredit götürən vətəndaşların işsiz qalacağı təqdirdə borc öhdəliklərinin sığorta hesabına qarşılanmasını nəzərdə tutan yeni mexanizmin tətbiqi kredit bazarında yeni mərhələnin başlanğıcını qoyur. Sözügedən sistem bir tərəfdən gəlirini itirən vətəndaşların borc yükünün yüngülləşdirilməsinə, digər tərəfdən isə bankların kredit risklərinin azaldılmasına xidmət edəcək.
KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, vətəndaşın işini itirməsi onun yalnız gündəlik gəlirlərinə deyil, mövcud kredit öhdəliklərinə də ciddi təsir edir. Əsasən də aylıq gəlirinin böyük hissəsini kredit ödənişlərinə yönəldən ailələr üçün işsizlik qısa müddətdə maliyyə çətinliyinə, gecikmələrə və borcun artmasına səbəb olur. Ona görə kredit öhdəliklərinin müəyyən müddət ərzində sığorta şirkətləri tərəfindən qarşılanması borcalan üçün maliyyə təhlükəsizliyi yaradacaq.
Amma mexanizmin real səmərəsi onun vətəndaşa hansı qiymətə başa gələcəyindən və təminatın əhatə dairəsindən asılı ola bilər. Bu sığorta haqqı kreditin ümumi dəyərinə əlavə edilərsə, borcalan işsiz qalmaq riskindən qorunmaq üçün əvvəlcədən əlavə xərc çəkəcək. Həmin xərc isə xüsusilə aşağı gəlirli vətəndaşlar üçün yeni maliyyə yükü yaradacaq. Bundan başqa, mühüm məsələ işsizliyin hansı hallarda sığorta hadisəsi hesab ediləcəyi ilə bağlı olacaq. Təminat yalnız müəyyən əsaslarla işdən çıxarılan şəxslərə şamil olunarsa, mexanizmin əhatə dairəsi məhdud qalacaq.
Lakin banklar baxımından belə bir sistem kreditlərin geri qaytarılmaması riskinin bir hissəsini sığorta sektoruna ötürmək imkanı yaradacaq. Bu, problemli kreditlərin artmasının qarşısını almağa, bankların kredit portfelinin keyfiyyətini qorumağa və borcalanların gəlir itkisi səbəbindən yaranan maliyyə itkilərini azaltmağa kömək edəcək.
Eyni zamanda, sığorta mexanizminin tətbiqi kredit faizlərinin avtomatik aşağı düşməsinə səbəb olmaya bilər. Ona görə ki, kredit faizləri yalnız borcun qaytarılmaması riskindən deyil, bankların resurslarının dəyərindən, inflyasiyadan, əməliyyat xərclərindən və bazardakı rəqabətdən də asılı olur. Belə sığorta bankların risklərini azaltsa da, bu üstünlüyün kredit faizlərinə nə dərəcədə yansıyacağı bankların kommersiya siyasətindən asılı ola bilər.
Yəni, yeni mexanizmin uğuru sığorta şirkətlərinin, bankların və borcalanların maraqları arasında düzgün tarazlığın yaradılmasından asılıdır. Sığorta haqqı münasib, ödəniş şərtləri aydın və təminat real olarsa, bu sistem kredit bazarında etimadı gücləndirə, vətəndaşları gözlənilməz gəlir itkisinin yaratdığı borc böhranından bir qədər qoruyacaq. Bununla yanaşı, sığorta kredit götürənlər üçün əlavə xərc yaradan formal xidmətə çevrilmək riski də mövcuddur.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var