Banklarda dollar niyə baha satılır? - Manatın taleyi ilə bağlı önəmli FAKT

Banklarda dollar niyə baha satılır? - Manatın taleyi ilə bağlı önəmli FAKTXəbər verdiyimiz kimi, Mərkəzi Bankın təyin etdiyi qiymətlər sabit qalsa da, Azərbaycanda bankların çoxu dolların alış qiymətini qaldırıb. 
Bu artım nə ilə əlaqəlidir və Azərbaycanda yaxın zamanda dolların qalxması gözlənilirmi?
İqtisadçı-ekspert Elnur Quliyev Azxeber.com-a açıqlamasında məsələ ilə bağlı fikirlərini bildirib. Ekspert qeyd edib ki, banklarda dollar alışı üzrə qiymətlərdə artım bazarda tələb-təklif amilindən irəli gəlir:
"Son günlərdə ABŞ Federal Ehtiyat Sisteminin faiz uçot dərəcəsinin artırılması və sərt monetar siyasətə keçid ilə bağlı xəbərlər bütün dünyada dolların digər valyutalara nisbətdə məzənnəsinin artması ilə nəticələnib. Bu faktor təbii ki, ölkəmizdən də yan keçməyə bilməzdi. İdaxaldan asılı ölkə kimi dolların devalvasiya riskini gözə alaraq daxili bazarda dollara tələbin kəskin artması müşahidə olunur. Bu tələbə təsir edən əsas səbəblərdən biri də yaxın zamanda manatın devalvasiya edəcəyi ilə bağlı şaiələr idi. Hətta taksi sürücüləri belə bu barədə danışır. Belə davam etsə, sanki 2020-ci ilin mart ayındakı ssenari təkrarlana bilər. Lakin hesab edirəm ki, cari ildə devalvasiya üçün ciddi səbəb yoxdur. Nəzərə almaq lazımdır ki, manatın məzənnəsi üzən məzənnə rejimində deyil. Milli valyutanın məzənnəsini Mərkəzi Bank hökumətlə birgə təyin və təmin edir".
E. Quliyevin sözlərinə görə, dünya neft bazarındakı qiymətlər və Mərkəzi Bankın maliyyə göstəriciləri yaxın gələcəkdə devalvasiya ehtimalını azaldır:
"Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycanın əsas ixrac resursu olan neftin və qazın qiymətləri yüksələn istiqamətdədir və burada ciddi risk ehtimalı yoxdur. Dünya neft bazarındakı qiymətlər və Mərkəzi Bankın maliyyə göstəriciləri yaxın gələcəkdə devalvasiya ehtimalını azaldır. Hesab edirəm ki, hökumət 2022-ci ildə də makroiqtisadi sabitliyin qorunması məqsədi ilə fiskal və monetar siyasətlərin optimal əlaqələndirilməsi ilə manatın dollara qarşı məzənnəsinin 1,7 səviyyəsində olmasını dəstəkləyəcək".
Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, manata inam böyük dərəcədə artıb:
"Uzun illərdir manatın məzənnəsi sabitdir. Ölkə əhalisi bundan faydalanır. Manata inam böyük dərəcədə artıb. 
Manat depozitlərinin həcmi artır. Ümumi depozitlərin balansında artıq üstünlük təşkil edir. İnvestorlar üçün də bunun çox böyük faydası var".
Aydın Nuri

İqtisadiyyat       Tarix: 13 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az kriminal havanın temperaturu xabarlar