Baş infeksionist koronavirusla bağlı XƏBƏRDARLIQ etdi

Baş infeksionist koronavirusla bağlı XƏBƏRDARLIQ etdiAzərbaycanda Çindən saytlar vasitəsilə müxtəlif mallar alan insanların sayı getdikcə artır. Lakin koronavirus təhlükəsi yaranandan insanları düşündürən ən əsas məsələlərdən biri ölümə səbəb olan bu təhlükəli virusun onlara Çindən göndərilən bağlamalar, konteynerlərlə keçə bilib-bilməməsidir.
Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanın baş infeksionisti Cəlal İsayevin dediyinə görə, koronavirusun sənaye malları vasitəsilə ölkəmizə gətirilməsi mümkün deyil.
Onun sözlərinə görə, bu virusun mənbəyi inək, qoyun, donuz, keçi, eləcə də it, pişik və s. ola bilər:
"Xəstə ev heyvanlarından alınan qida məhsullarından istifadə edildikdə virus insana keçə bilər. Lakin indiki virusun təhlükəliliyi ondan ibarətdir ki, virus insanlara hava-damcı yolu ilə keçir. Onun insanlara sənaye malları vasitəsilə keçməsi isə mümkünsüzdür".
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı da bildirib ki, koronavirus insana məktub, bağlama, konteynerdən ötürülmür.
Onun sözlərinə görə, koronavirus yeni meydana çıxan zamanlarda onun heyvanlardan insana keçdiyi bildirilirdi:
"Ancaq indiyə qədər onun hansı heyvandan keçdiyi bilinmir. İndi vacib olan məsələ budur ki, bu virus insandan insana ötürülür. Ona görə də gördüyümüz əsas iş sanitar-gigiyena qaydalarına əməl etməklə özümüzü qorumaq olmalıdır".
H.Harmancı qeyd edib ki, insandan insana keçməklə yayılan koronavirusun hazırda müalicəsi və ona qarşı istifadə edilə bilən dərmanı yoxdur.
Koronavirusun əlamətlərinin qripə bənzədiyini deyən H.Harmancı əlavə edib ki, bəzi şəxslərdə bu virusun əlamətləri daha ağır formada özünü göstərir.
Onun sözlərinə görə, bu virusa yoluxma zamanı antibiotikdən yalnız xəstəxana şəraitində xəstənin vəziyyəti ağırlaşdıqda istifadə edilə bilər.
H.Harmançı insanlara koronavirusla bağlı informasiyaları etibarlı mənbələrdən almağı da tövsiyə edib.
O bildirib ki, insanlar rəsmi dövlət orqanlarının məlumatlarına inanmalıdırlar. Bundan başqa, gündəlik olaraq, ÜST-nin saytından da bu barədə məlumat əldə etmək mümkündür.
Xatırladaq ki, Çində koronavirusla yoluxma hallarının sayı 72,436 nəfər təşkil edib, onlardan 1868 nəfər ölüb, 12,552 nəfər xəstəxanalardan evə buraxılıb.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 19 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xəbər valyuta mezennesi valyuta mezennesi 2026 sou xeberler bugun