Baş nazir: Azərbaycan dünyaya açıqdır və ölkəyə çoxlu investisiya yatırılır

Baş nazir: Azərbaycan dünyaya açıqdır və ölkəyə çoxlu investisiya yatırılırBaş nazir: Azərbaycan dünyaya açıqdır və ölkəyə çoxlu investisiya yatırılır
Britaniya biznesi Azərbaycanda yüksək səviyyədə təmsil olunur. İki ölkə arasında qarşılıqlı əlaqələr də çox yüksək səviyyədədir.
Bu sözləri Azərbaycanın Baş naziri Əli Əsədov APA-nın London bürosuna açıqlamasında deyib.
Baş nazir bildirib ki, Böyük Britaniyanın ən böyük şirkətlərindən olan BP Azərbaycanda əsas layihələrdə operatordur:
"Azərbaycanda çoxlu Britaniya şirkəti var. Onlar investisiyalar yatırır və gəlirlərini götürürlər, heç bir problem yoxdur".
Ə.Əsədov səfər çərçivəsində BP şirkətində də görüşlər keçiriləcəyini deyib.
Baş nazir qeyd edib ki, Azərbaycan dünyaya açıqdır və ölkəyə çoxlu investisiya yatırılır.
Ə.Əsədov Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Londonda təşkil olunan Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramına üzv ölkələrin ilk investisiya sammitində danışılan məsələlərə də toxunub.
"Bugünkü tədbirdə xarici investorlar üçün Azərbaycanda aparılan islahatlar, gələcək proqramlar, iqtisadiyyatın diversifikasıyası istiqamətində islahatlar haqqında danışıldı, investorlar Azərbaycana dəvət olundu.
Tədbirdə, əsasən, ölkəmizdə son illər kiçik və orta biznes, xarici investisiyalar üçün yaradılmış şərait və onların rastlaşdığı problemlər haqqında suallar oldu. Bu suallara Azərbaycan qanunvericiliyi, yaratdığımız şərait çərçivəsində izahatlar verildi", - deyə Ə.Əsədov vurğulayıb.
Baş nazir səfər çərçivəsində müxtəlif formatlarda, ikitərəfli görüşlərin də olacağını bildirib:
"Ukraynanın və Moldovanın yeni seçilmiş baş nazirləri, AYİB-nin prezidenti və digər şəxslərlə görüşlər planlaşdırılıb".
Qeyd edək ki, Azərbaycanın Baş naziri Əli Əsədov Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Londonda təşkil olunan Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramına üzv ölkələrin ilk investisiya sammitində iştirak edir. /oxu.az

Siyasi       Tarix: 22 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xəbərlər cəbhədən son dəqiqə son xabar son xeberler azerbaycan