Baş nazirdən QƏRAR: Dövlət zəmanəti ilə təmin olunacaqlar
Nazirlər Kabineti "Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi Qaydası"nı təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə veriləcək 280 milyon kredit portfeli 168 milyon manata qədər dövlət zəmanəti ilə təmin edilir.
Dövlət zəmanəti Maliyyə Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi arasında bağlanılan, "Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərərək fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi" əsasında veriləcək.
Maliyyə Nazirliyi "Dövlət borcu haqqında" qanunun tələbləri nəzərə alınmaqla, sahibkarlıq subyektlərinin dövlət zəmanəti verilmiş, lakin icra edilməmiş borc öhdəliyini Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına yerinə yetirməlidir.
Bu qaydaya uyğun olaraq verilən dövlət zəmanəti 1 yanvar 2028-ci ilə qədər dövlət zəmanəti verilərək bağlanılmış bütün kredit müqavilələrinə şamil ediləcək.
Turlar.az [newsid: 0-123300]

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
"Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs 'Trendyol'da